SON XƏBƏRLƏR

Türkiyə 30 yeni "F-16" alıb

2021.10.20, 07:36
Türkiyə 30 yeni "F-16" alıb

Gunaz.tv
Türkiyə 30 yeni "F-16" alıb Ankara ABŞ-ın qırıcı-bombardmançı təyyarələri üçün $1,8 milyard ödəyib Türkiyə ABŞ-dan 30 ədəd yeni "F-16C Block 50" tipli hərbi təyyarə satın alıb. "StrategyPage.com" saytının məlumatına görə, Türkiyə "Lockheed Martin" şirkətinin istehsalı olan qırıcı-bombardmançıların hər birinə $60 milyon, ümumilikdə isə $1,8 milyard ödəyib. Yeni təyyarələrin ən önəmli özəlliyi qırıcılarda Link-16 MİDS LVT rabitə sisteminin, eləcə də yerdə Link-16 stansiyalarının quraşdırılmasıdır. ABŞ və digər NATO ölkələrində istifadə edilən bu avadanlıq çoxsaylı səsli və informasiya ötürmə kanalları vasitəsilə fasiləsiz rabitəyə imkan yaradır (APA). Hazırda Türkiyə HHQ-nin sərəncamında 250-yə yaxın "F-16 Block 40" və "F-16 Block 50" təyyarəsi var. ABŞ Konqresi yeni tipli "F-16C Block 50" təyyarələrinin Türkiyəyə satışına hələ 2006-cı ildə icazə verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar