SON XƏBƏRLƏR

Oxu tar . . .

2021.10.20, 07:36
Oxu tar . . .

Gunaz.tv
Oxu tar . . . tar.jpg Xalqımız hələ lap qədim zamanlardan müxtəlif növ musiqi alətləri yaradıb. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, Azərbaycanda 4 qrupa daxil olan yüzə yaxın xalq çalğı alətləri mövcud olub. Bu musiqi alətlərinin şahı isə –tar hesab olunur. Bu alətin adı ilk dəfə 11 əsrdə yaşamış Baba Tahir və Qətran Təbrizinin şerlərində çəkilib. İlk dəfə tar beş simdən ibarət olub. Musiqiçilərin sözlərinə görə, ilk tarın səsi zəif, texniki imkanları məhdud imiş. XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli tarzəni Sadıqcan tarı təkmilləşdirərək onu virtouz musiqi alətlərinin səviyyəsinə çatdırıb. Nəticədə ümumi konstruksiya dəyişib və simlərin sayı 11-ə çatıb. Amma dəyişən tək bu olmur. Həmin dövrdən etibarən alətin çəkisi azaldılır, tarzənlər bu aləti diz üstə deyil, artıq sinə üstə tutmağa başlıyırlar. Bu da tarın texniki imkanlarını daha da genişləndirir. Balabəy Balabəyov 20 ildir ki, tar ustasıdır. Bu günə kimi 1000-dən artıq tar düzəldib. Deyir ki, tarın düzəldilməsi bəzən aylarla vaxt aparsa da, o, bu işdən zövq alır. . Bu gün müxtəlif musiqi məktəblərində tar sinifləri də fəaliyyət göstərir. Düz 45 ildir ki, mili musqi alətimiz tarın sirlərini tələbələrinə öyrədən Elxan Mirzəfərovsa deiyr ki, musiqiyə marağı olan gənclərin əksəriyyəti indi tar alətini öyrənməyə daha çox üstünlük verirlər. İlk dəfə simfonik orkestrdə tarın müşayəti ilə musiqinin səsləndirilməsi isə professor, xalq artisti Hacı Xanməmmədovun adı ilə bağlıdır. Bir sözlə Azərbaycan musiqi mədəniyyəti var olduqca tar da yaşayacaq. Ustadlar buna əmindirlər. Çünki mili musiqi alətimiz etibarlı əllərdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar