SON XƏBƏRLƏR

KEÇMİŞ PARLAMENTAR ƏHMƏDİNEJADI MƏĞLUB GÖRÜR

2021.10.20, 07:36
KEÇMİŞ PARLAMENTAR ƏHMƏDİNEJADI MƏĞLUB GÖRÜR

Gunaz.tv
KEÇMİŞ PARLAMENTAR ƏHMƏDİNEJADI MƏĞLUB GÖRÜR ansarirad_111.jpg İran parlamentinin vətəndaşların hökumət qurumlarına yönəlik şikayətlərinə baxan komissiyasının keçmiş sədri höccətülislam Hüseyn Ənsari Rad jurnalistlərlə söhbətində prezident Mahmud Əhmədinejadın iyunun 12-də keçiriləcək növbəti prezident seçkisində məğlubiyyətə uğrayacağını söyləyib. Hüseyn Ənsari Rad GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən. ölkədə iqtisadi vəziyyətin son dərəcə ağır olduğunu, əhalinin gündən-günə yoxsullaşdığını söyləyən Ənsari Rad Əhmədinejadın iqtisadiyyatdan başı çıxmadığını vurğulayıb: «Onun qəbul etdiyi qərarlar - neft gəlirlərinin artmasına baxmayaraq - ölkədə inflyasiyanın 25 faiz artmasına, işsizliyin baş alıb getməsinə, əhalinin kəskin narazılığına gətirib çıxarıb. Bu gün vətəndaşlar iqtisadi problemləri bütün vücudları ilə hiss edir, əziyyət çəkirlər». Ənsari Rad Əhmədinejadın xarici siyasətini də tənqid edib: «Əhalinin bu qədər ifratçılıqdan, dava-dalaşdan və şüardan əsəbləri pozulub. Bu siyasət onların nə maddi, nə də mənəvi həyatına xeyir gətirib». Hökumətin bütün sahələrdə iflasa uğradığını söyləyən Ənsari Rad növbəti prezident seçkisində saxtakarlıqlara yol verilməyəcəyi təqdirdə Əhmədinejadın islahatçı namizəd Məhəmməd Xatəmi ilə rəqabətə davam gətirməyərək məğlubiyyətə uğrayacağını söyləyib: «Əhmədinejadın iqtisadi, siyasi, mənəvi, əxlaqi, ictimai sahələrdə yeritdiyi siyasət, o sıradan onun daxili və xarici siyasəti tam iflasa uğrayıb».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar