SON XƏBƏRLƏR

İraq: Buşa ayaqqabı atan jurnalistə hökm çıxarıldı

2021.10.20, 07:36
İraq: Buşa ayaqqabı atan jurnalistə hökm çıxarıldı

Gunaz.tv
İraq: Buşa ayaqqabı atan jurnalistə hökm çıxarıldı 20081218165317_45310173_006618519-1.jpg Müntəzər Əz-Zahidi Ötən il prezident Corc Buş İraqa baş çəkdiyi zaman ona ayaqqabı atan İraq jurnalisti 3 illik həbs cəzasına məhkum edilib. Jurnalist Müntəzər Əz-Zahidi Bağdad məhkəməsi tərəfindən xarici dövlət başçısına hücum etməkdə günahkar bilinib. Onun özü günahkar olmadığını bəyan edib. BBC müxbirinin məhkəmədən xəbər verdiyinə görə, hökmün çıxarılması üçün hakimlərə 15 dəqiqəyə yaxın vaxt tələb olunmuşdur. Mən, hərəkətimdən peşmançılıq çəkmirəm... Müntəzər Əz-Zahidi Hökm, məhkum jurnalistin məhkəmə binası qarşısında toplaşan qohum və tərəfdarlarının qəzəbli reaksiyasına səbəb olub. Müntəzər Əz-Zahidinin özü hərəkətindən peşmançılıq çəkmədiyini deyib. Onun vəkilləri Apelyasiya məhkəməsinə müraciət edəcəklərini deyiblər. BBC müxbiri deyir ki, cənab Əz-Zahidi prezident Buşa ayaqqabı atdıqdan sonra Ərəb dünyasında əsl qəhrəmana çevrildiyindən ona qarşı bu məhkəmə işi İraq hökuməti üçün bir növ xoşagəlməz bir hadisə olmuşdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar