SON XƏBƏRLƏR

Rəsmi İrəvan erməni əsgəri Paruyr Simonyanın bəyanatlarına münasibət bildirib

2021.10.20, 07:36
Rəsmi İrəvan erməni əsgəri Paruyr Simonyanın bəyanatlarına münasibət bildirib

Gunaz.tv
Rəsmi İrəvan erməni əsgəri Paruyr Simonyanın bəyanatlarına münasibət bildirib ermeni3olke11mrt.jpg Armen Kaprielyan: «Biz Paruyr Simonyanın Ermənistan və Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat verməsinə inanmırıq» Ermənistanın əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası, ötən ilin mayında Ermənistan ordusundakı özbaşınalıq və zorakılığa etiraz olaraq, Azərbaycana qaçmış Ermənistan ordusunun əsgəri Paruyur Simonyanın üçüncü ölkəyə yola düşərkən verdiyi bəyanatlara münasibət bildirib. ANS PRESS, «Arminfo» agentliyinə istinadən xəbər verir ki, rəsmi İrəvanın mövqeyini dövlət komissiyasının işçi qrupunun rəhbəri Armen Kaprielyan açıqlayıb. O, Paruyur Simonyanın Ermənistan ordusundakı real vəziyyət, əsgərlərin üzləşdiyi dözülməz problemlər, erməni gənclər arasında işğalçı müharibəyə qarşı etirazlarla bağlı bəyanat verməsinə inanmadığını bildirib. İşçi qrup rəhbərinin fikrincə, bu, Azərbaycan xüsusi xidmət orqanlarının növbəti dezinformasiyası və antierməni təbliğatıdır. Xatırladaq ki, erməni əsgəri Paruyr Simonyan martın 11-də öz arzusu ilə üçüncü ölkəyə yola düşməzdən əvvəl ANS-ə mısahibə verib. O, Azərbaycandakı saxlanma şəaitindən razı qaldığını, Bakıda olduğu 9 ay ərzində çəkisinin 48 kiloqramdan 72 kiloqramadək artıdığını bildirib. O, erməni gənclərinə də müraciət edərək, onları Ermənistanda qalmamağa, rəsmi İrəvanın apardığı haqsız siyasətdə alətə çevrilməməyə çağırıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar