SON XƏBƏRLƏR

İran –Amerika münasibətləri bərpa olunacaqmı?

2021.10.20, 07:36
İran –Amerika münasibətləri bərpa olunacaqmı?

Gunaz.tv
Türkiyə regionda yeni vasitəçilik missiyasına başlayacaqmı və ya 1979-cu ildən bəri heç bir diplomatik münasibətləri olmayan hətta biri-birinə düşmən ölkə sayılan ABŞ-la İran Türkiyənin iştirakı ilə yeni dövrün əsasını qoymağa nə dərəcədə hazırdırlar? İqtisadi əməkdaşlıq təşkilatının sammitində iştirak etmək üçün Tehrana səfər edən Türkiyə prezidenti Abdullah Gül bu məsələyə münasibət bildirib. Hələ seçki dönəmində prezident Barak Obama dövlət başçısı seçiləcəyi təqdirdə İranla heç bir şərt irəli sürmədən birbaşa danışıqlara başlayacağanı bəyan etmişdi. Çözümün yeni təzahürləri artıq kövrək şəkildə özlərini biruzə verir. Ötən həftə ABŞ dövlət katibi Hillari Klintonun Ankaraya rəsmi səfər zamanı sözügedən problem çərçivəsində vasitəçilik missiyasının variantları müzakirə olunmuşdu. Türkiyənin bu məsələdə rolu xusisi ilə vurğulanmışdı. Amma vəziyyətdən görünür ki, nə Vaşinqton, nə də Tehran prosesə hər hansı bir üçüncü tərəfin qatılmasına yaşıl işıq yandırmağa tələsmir. Buna bir neçə səbəb var. Biləşmiş Ştatlar İranla təmaslara girməyin yolunu, necə deyərlər, ya İraq, ya da Əfqanıstan dəhlizi vasitəsiylə cızmaq niyyətində olduğunu bildirir. Vaşinqtonun son vaxtlar Tehrana ünvanladığı birbaşa mesajlarda buna dəlalət edən eyhamlar kifayət qədərdir. Əgər Tehran hər iki qaynar nöqtədə Birləşmiş Ştatları və onun müttəfiqlərinin yükünə şərik olarsa, onda münasibətlərin bərpasında tez dönüş yarana bilər. Tehran isə bu vəziyyətdə daha ehtiyatlı reaksiya nümayiş etdirir. Bunula o, bildirir ki, prosesə kortəbii şəkildə qatılmayacaq və onun, özünün hər iki böhranda xüsusi mövqe tutması gözləntiləriylə bağlıdır. Onlara sayğı göstərilərsə, onda Birləşmiş Ştatlar-İran münasibətlərində yeni mərhələnin başlanmasından danışmağa dəyər. Birdə ki, Tehran köhnə tələbinin üzərində qalır - İran heç bir vəclə Vaşinqtonun hədə və şərtlərini qəbul etməyəcək və tərəflər tam bərabər hüquqa malik aktorlar kimi danışıqlara qoşulmalıdırlar. Vaşinqtonun da prosesdə tələskənliyə yol verməməsi anlaşılandı. Bu gün Tehranda öz işini bitirmiş sammitin bir neçə qərarın qəbuluyla nəticələnməsi göstərir ki, onlar ən yaxın zamanda regiondakı vəziyyətə təsir göstərəcək. Dəyişikliklərin xüsusiyyətləri gələcək addımları bilavasitə şərtləndirə bilər. Nəzərə alanda ki, onluqda sədrlik İrana verilib, bu amil Ağ Ev üçün hətta strateji əhəmiyyət də daşıya bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar