SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD TÜRKİYƏNİN İRANLA ABŞ ARASINDA VASİTƏÇLİYİNİ RƏDD EDİB

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD TÜRKİYƏNİN İRANLA ABŞ ARASINDA VASİTƏÇLİYİNİ RƏDD EDİB

Gunaz.tv
İran prezidenti Mahmud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısına qatılmaq üçün Tehrana səfər etmiş Türkiyə prezidenti Abdulla Güllə görüşdükdən sonra martın 11-də jurnalistlərə açıqlama verib. O, Türkiyənin İranla ABŞ arasında vasitəçi rolu oynamasının əleyhinə olduğunu vurğulayıb. Əhmədinejad deyib: «Vasitəçiliyə ehtiyac yoxdur. Bizim mövqeyimiz aydındır. Əgər ədalət və qarşılıqlı ehtiram olsa, dünyada heç bir problem qalmayacaq». Abdulla Gülün Tehran səfərindən bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Əli Babacan ABŞ dövlət katibi Hillari Klintonla görüşündən sonra jurnalistlərlə söhbətində ölkəsinin Tehranla Vaşinqton arasında vasitəçilik etməyə hazır olduğunu söyləmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar