SON XƏBƏRLƏR

İdil Bulqar xanlığı . Dilqəm Əhməd

2021.10.20, 07:36
İdil Bulqar xanlığı . Dilqəm Əhməd

Gunaz.tv
İdil Bulqar xanlığı dilqem.jpg Dilqəm Əhməd Baki Strateji Arashdirmalar Merkezi ucun Böyük Bulqar dövləti parçalandıqdan sonra 463-cü ildə bulqarların bir qismi İdil (Volqa) çayı sahilində məskunlaşır. Buradakı bulqarların əsas hissəsini otuz-oğurlar təşkil etsə də, onların tərkibinə xəzərlər, sabarlar, uzlar və hunların qalıqları da daxil idi. Bulqar dövləti 1552-1584-cü illərdə çar Rusiyasının hücumlarına məruz qalır və şəhərləri darmadağın edilərək varlığına son qoyulur. Beləliklə, yeddi əsr müddətində öz mövcudluğunu qoruyub saxlayan bulqar dövləti rusların dağıdıcı yürüşlərindən sonra süqut edir və Çar Rusiyasının hakimiyyəti altına düşür. Lakin Tuna bulqarlarından fərqli olaraq onlar öz milliliklərini bu günədək qoruyub saxlaya bilirlər. 1904-cü ildə çap edilmiş S. N. Yujakovun ensiklopediyasında Çar Rusiyası dönəmində Rusiya ərazisində 1.300.000 Kazan tatarlarının, yəni bulqarların yaşadığı qeyd edilir. 1920-ci ildə Bulqar adı dəyişdirilərək Tatarıstan, bulqar dili isə tatar dili ilə əvəz olunur. 1929-cu ildə Stalin rejimi bulqarların ərəb əlifbasından istifadəsini və IX əsrdən XX əsrədək olan bütün bulqar ədəbiyyatını qadağan edir. 1920-ci ildə Tatar kommunistləri Mirsultan Qaliyev ilə Q.İbrahimovun cəhdləri nəticəsində “Tataristan cumhuriyyəti” yaradılır. SSRİ dönəmində bütün bulqar partiyaları, yayım mərkəzləri, qəzet və jurnalları, bayramları, tarixi, ədəbiyyatı qadağan edilir. 1923-cü ildə Volqa Müsəlman Bulqar Məclisi ləğv olunur və məclisin binası ilə kitabxanası əllərindən alınır. Yerli oğuz dili qadağan edilərək rus və qıpçaq dilləri rəsmiləşdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar