SON XƏBƏRLƏR

ƏRDOĞAN 13 YAŞLI OĞLANIN BOYNUNU CIRMAQLAYIB

2021.10.20, 07:36
ƏRDOĞAN 13 YAŞLI OĞLANIN BOYNUNU CIRMAQLAYIB

Gunaz.tv
ƏRDOĞAN 13 YAŞLI OĞLANIN BOYNUNU CIRMAQLAYIB Baş nazirə “Allah seçkilərdə cəzanı verəcək” deyən azyaşlı saxlanılıb 7281.jpg Türkiyədə bələdiyyə seçkiləri ilə bağlı davam edən kampaniya zamanı baş nazir Rəcəb Tayyib Ərdoğan ona qarğış edən uşağın boynunu cırmaqlayıb. “Milliyet” qəzetinin xəbərinə görə, AKP-nin Aydın bölgəsində təşkil etdiyi seçki mitinqində iştirak etmək üçün Ərdoğanın korteji şəhərə daxil olub. Bu zaman toplaşanlar arasından 13 yaşlı oğlan baş nazirə səslənərək ailəsinin aclıq içində olduğunu deyib və belə vəziyyətə görə hökuməti günahkar saydıqlarını göstərmək üçün “Allah seçkilərdə cəzanı verəcək”deyə baş nazirə səslənib. Baş nazirin mühafizəçiləri və polis 8-ci sinifdə oxuyan uşağı dərhal tutublar. Bir gün əvvəl prokurorluqda dindirilən azyaşlı sərbəst buraxılıb. Uşaq deyib ki, prokurorluqda onu “dövlətin böyüklərini təhqir etməkdə” günahlandırıblar. Azyaşlı jurnalistlərə deyib ki, saxlanılarkən Ərdoğan onun boynundan tutaraq bərk sıxıb. Uşaq dediklərini sübut etmək üçün boynundakı dırnaq izlərini də jurnalistlərə göstərib: “Məni tutub Ərdoğanın yanına gətirdilər, o, əli ilə boynumdan yapışıb sıxdı, niyə belə hərəkət etdiyimi soruşdu. Mən ona ailəmizin vəziyyətini anlatdım, o da ”buraxın getsin" deyə yanındakılara səsləndi". Uşağın valideynləri deyiblər ki, azyaşlının aldığı xəsarət haqqında tibbi arayış verilib. Bu arayış əsasında valideynləri Ərdoğanın azyaşlı uşağa xəsarət yetirdiyi iddiası ilə prokurorluğa şikayət etməyə hazırlaşır. Bildirilir ki, Aydın mitinqi zamanı qadın salonunda iki yeniyetmə qız da Ərdoğanı təhqir etmək iddiası ilə saxlanılıb, daha sonra onlar azad edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar