SON XƏBƏRLƏR

Azərbaycanın ən çox alver etdiyi ölkələr

2021.10.20, 07:36
Azərbaycanın ən çox alver etdiyi ölkələr

Gunaz.tv
Azərbaycanın ən çox alver etdiyi ölkələr dovlet-statistika-komitesi.jpg Yanvarda xarici ticarət əməliyyatlarında İtaliya, ABŞ, Rusiya, Fransa, Almaniya, Türkiyə, Britaniya, İsrail, Ukrayna, Tayvan, Gürcüstan və Çin mütləq üstünlük təşkil edib Bu ilin yanvar ayında Azərbaycan 92 ölkə ilə 1,2 milyard dollar məbləğində idxal-ixrac əməliyyatları aparıb. Xarici ticarət dövriyyəsinin 681,5 milyon dollarını (56,8 faizini) ölkədən ixrac olunmuş mallar, 518,8 milyon dollarını (43,2 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil edib, 162,7 milyon dollarlıq müsbət saldo yaranıb. Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, bu göstəricilər ötən ilin yanvar ayı ilə müqayisədə çoxdur. Belə ki, 2008-ci ilin müvafiq dövrünə nisbətən xarici ticarət dövriyyəsinin həcmi 6,9 faiz, o cümlədən ixrac 8,9 faiz, idxal 4,5 faiz artıb. Azərbaycanın hansı ölkələrlə mal dövriyyəsində əməkdaşlıq etməsinə gəlincə, bunların arasında bütün qitələrdə yerləşən tərəfdaşlar var. Bütövlükdə isə idxal-ixrac əməliyyatlarının 48,4 faizi Avropa Birliyi, 16,7 faizi MDB ölkələri, 34.9 faizi isə digər dövlətlərlə aparılıb. Ümumi dövriyyənin 63,7 faizi Avropa, 24,4 faizi Asiya, 11,7 faizi Amerika, 0,1 faizi Afrika qitəsi ölkələrinin, 0,1 faizi isə Okeaniyanın payına düşür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80,7 faizi) İtaliya, ABŞ, Rusiya Federasiyası, Fransa, Almaniya, Türkiyə, Böyük Britaniya, İsrail, Ukrayna, Tayvan, Gürcüstan və Çin dövlətləri ilə aparılıb. Elxan SALAHOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar