KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın bölgədəki siyasətini daim kəskin tənqid etsə də, Moskvanın Cənubi Qafqazdakı forpostuna - Ermənistana toxunmazdı. Amma Saakaşvili bugünlərdə həmin tabunu pozdu. Ötən həftənin sonunda verdiyi açıqlamada o, “Ermənistan istisadiyyatı çöküb. Bu ona görə baş verdi ki, Ermənistan bütünlüklə Rusiya bazarından asılıdır” dedi. Heç şübhəsiz, bu açıqlama rəsmi İrəvanı qıcıqlandıracaq. İlk növbədə ona görə ki, Saakaşvilinin bu qiymətləndirməsi Ermənistanın müxalifət lideri Levon Ter-Petrosyanın dəyərləndirməsiylə yüzdəyüz üst-üstə düşür. İkincisi, Ermənistanın hakimiyyət mənsubları dram devalvasiyaya uğrasa da, ölkə əhalisini iqtisadiyyatın çökmədiyinə inandırmağa çalışırlar. Əslində rəsmi Moskva özü də Ermənistan iqtisadiyyatının vəziyyətiylə bağlı müsbət fikirdə deyil. Doğrudur, Rusiya hökuməti müttəfiqinə 500 milyon dollarlıq kredit ayırıb, ancaq özünün bu ölkədəki zavod və fabriklərini tam gücüylə işlətmək üçün heç bir iş görmür. Vladimir Putin prezident olduğu dönəmdə həmkarı Robert Köçəryana İranla sərhəd olan Mehri şəhərində neft emalı zavodu tikmək, bunun üçün 2 milyard dollar ayırmaq vədi vermişdi. Amma bu vəd havada qaldı. Rəsmi Moskvanın yaxın günlərdə açıqladığı mövqe Ermənistan üçün əsl soyuq duş oldu: “Mehridə 2 milyard dollarlıq zavod tikmək iqtisadi baxımdan səmərəsizdir”. Saakaşvilinin sözlərində həqiqət payı çoxdur - Ermənistan iqtisadiyyatının çöküşünü şərtləndirən əsas amillərdən biri onun rus sərmayəsindən asılı olmasıdır. Əgər enerji ehtiyatlarıyla zəngin olan Rusiya özü iqtisadi böhranla mübarizədə mövqelərini bir-bir təhvil vermək nəcburiyyətindədirsə, onun-bunun hesabına sürünən Ermənistan bu ağır vəziyyətdə necə duruş gətirə bilər? Ancaq 1990-cı illərin əvvəllərindəki kimi, Ermənistana yenə xilas əli uzatmağa hazır olan ölkə var. Bu, İrandır. İran 2009-cu ildə Ermənistana neft kəməri çəkməyi planlaşdırır. Uzunluğu 300 kilomet olacaq həmin kəmərlə Təbrizdən Ermənistana emaldan keçmiş neftin ötürülməsi nəzərdə tutulur. Ermənistanın enerji naziri Armen Movsesyan İran-Ermənistan neft kəmərini ölkəsi üçün çox səmərəli hesab edir: “Bu kəmərlə daşınacaq neft Ermənistanın ilkin tələbatını ödəməklə yanaşı, enerji təhlükəsizliyini də xeyli artıracaq”. Əlbəttə, bu kəmər də Rusiyanın Mehridə tikmək istədiyi neft emalı zavodu kimi xülya olaraq qala bilər. Ancaq Tehranın Ermənistanla anlaşaçağı da istisna deyil. Bu anlaşma baş tutsa, İrana ciddi mesajlar ünvanlanmalıdır. “Bizim münasibətlərimiz başqa xalqlara nümunə olmalıdır” – bu, İran prezidenti Mahmud Əhmədinejadın Bakıya iki il öncəki səfəri zamanı səsləndirdiyi fikirdir. Ehtiyac yaranarsa, Ermənistana neft kəməri çəkməyi planlaşdıran İran prezidentinə bu sözlərini xatırlatmaq olar. Yaxın qonşuluq münasibətləri baxımından Azərbaycan öz üzərinə düşəni edib. Tehran ABŞ-ın İrana qarşı planlarında ölkəmizin yer almamasını istəyirdi və bu istəyə cavab olaraq Azərbaycan prezidenti bir neçə il öncə Tehranla ortaq bəyanata imza atdı. O sənəddə yer alan məsələlərdən biri həm də o idi ki, Xəzəryanı dövlətlərdən heç biri öz torpaqlarından qonşusuna qarşı istifadəyə yol verməyəcək. Bununla rəsmi Bakı ABŞ-ın İrana qarşı planlarında yer almayacağına dair Tehran qarşısında öhdəlik götürdü. Ardınca rəsmi Bakı İranın nüvə planlarına da göz yumdu. Halbuki heç bir ölkə qonşuluğunda nüvə dövlətinin formalaşmasına müsbət yanaşmaz. Rəsmi Bakı Güney Azərbaycandakı proseslərə də qarışmır, bunu İranın daxili işi hesab edir. Halbuki soydaşlarımızla bağlı məsələlərə həssas yanaşmaq bizim təbii haqqımızdır. Rəsmi Bakı Tehranın istəklərinə bu qədər uymaqdaykən İranın Azərbaycan torpaqlarını işğal edən dövlətə neft kəməri çəkməsi və onu iqtisadi çöküşdən qurtarması İran-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir. Rəsmi Tehran bu kəmərlə təkcə Azərbaycanla münasibətləri gərginləşdirməyəcək, həm də güneyli soydaşlarımızı fəallaşdıracaq... Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılmaq üçün İrana yola düşüb. O, iranlı həmkarıyla ikitərəfli və regional əməkdaşlıq məsələlərini, beynəlxalq aləmin aktual problemlərini müzakirə edəcək. Fikrimcə, İranın Ermənistana neft kəməri çəkmək planına bu üç istiqamətin hər birində toxunmaq mümkündür. Elxan ŞAHİNOĞLU [email protected]/* */ elxan.azeriblog.com
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi