SON XƏBƏRLƏR

İran və Rusiyanın Əfaqanistan Rəqabəti

2021.10.20, 07:36
İran və Rusiyanın Əfaqanistan Rəqabəti

Gunaz.tv
İran və Rusiyanın Əfaqanistan Rəqabəti ABŞ-ın yeni hakimiyyəti İraq müharibəsini ikinci plana keçirərək bütün diqqəti Əfqanıstana yönəltməyə başlayıb. Yeni siyasi kurs çərşivəsində ABŞ və NATO Talibanı məhv etmək məqsədi ilə Əfqanistanda hərbi qüvvələrini artırmaq qərarına gəlib. Əfqanıstana diqqətin artması ilə birlikdə hərbi əməliyyatların və buna paralel olaraq tədarük və təminat işlərinın miqyası və önəmi də güclənəcək. Bu vəziyyət ABŞ və NATO-nun Əfqanıstan üçün tədarük yollarını yenidən qiymətləndirilməsini gündəmə gətirməkdədir. Xatırladaq ki, Əfaqanıstan üçün keçiş yolları kimi, Pakistan, Orta Asya, İran və Rusiya maşrutları alternativləri mövcuddur. NATO qüvvələrinin əsas tədarükat yolu Pakistanın “Xeybər” yoludur. Pakistanın Karaçı əyalətini ölkənin cənub şərq əyalətləri ilə birləşdirən bu yol “Torxam” sərhəd keçid məntəqəsi vasitəsiylə Əfqanıstana keçişi təmin etməkədir. Son zamanlar Talibanın və Pakistan fanatik dinçi qüvvələrinin bu marşrutla hərəkət edən NATO karvanlarına hücumlarının kifayət qədər təhlükəli olması NATO rəhbərliyini yeni yollar axtarışına sövq etməkdədir. NATO-nun istifadə etdiyi ikinci koridor isə Orta Asiya ölkələri idi. ABŞ əvvəllər Özbəkistan və Qırğızıstanda iki hərbi baza əldə etməyə nail olmuşdu, ancaq Özbəkitsanla problemlər və Rusiyanın təzyiqi nəticəsində ABŞ bu bazaları itirib. Son olaraq Qırğızıstanın Amerikalıların istifadəsində olan Manas hərbi bazasını da bağlamaq qərarı ilə Vaşinqtonun işləri daha da çətinləşib. Əfqanıstana alternativ maşrut arayışında ABŞ üçün əlverişli sayılan üçüncü koridor isə İran ərazisidir. Bu marşrut digər yollardan daha təhlükəsiz və əlverişli sayıla bilər. İranın bu sahədə əlverişli olduğunu nəzərə alan NATO rəhbərliyi son həftələrdə Əfqanıtsan məsələsində İranla əməkdaşlıq etmə istəyini bir neçə dəfə bəyan etmişdir. Rusiyanın nüfuzu və təsiri nəticəsində Orta Asiyada ABŞ əleyhdarı tendesiyanın güclənməsi Vaşinqtonu Əfqanıstan məsələsini İranla birgə həll etməyə sövq edə bilər. Bu isə iki dövlətin yaxınlaşmasında mühüm bir fırsat yaratmaqdadır. Elə bunu nəzərə alan Rus yetkililəri son günlərdə NATO-ya Əfqanıstana məsələsində yardımçı olmaq niyyətlərini və bu çərçivədə Rusiya ərazisindən dəmiryol vasitəsi ilə Əfqanıstana yük daşımalara icazə verəcəklərini açıqladılar. Martın 6-da keçirilən Klinton-Lavrov görüşündən sonra verilən açıqlamalar da bunun işarəsidir. Rəsmi Moskva strateji önəm verdiyi Əfqanıstanda Talibanın güclənməsini özünün bölgə maraqları baxımından ciddi təhlükə hesap etməkdədir. Ancaq Rusiya Əfqanıstanda sabitliyi və güclü mərkəzi hakimiyyətinin qurulmasında özünün pasif vəziyyətdə qalmasının da uzun vədədə Orta Asiyadakı maraqlarına ciddi zərərlər vura biləcəyinin fərqindədir. Buna görə də rəsmi Moskva bir yandan Orta Asiya dövlətlərinin ABŞ-la Əfqanıstan məsələsində əməkdaşlığını baltalamaqda, o bir yandan Vaşinqtona öz xidmətini təklif etməkdədir. İran isə Əfqanıstan məsələsində Rusiya üçün bir yeni rəqib olma imkanına malikdir. İki ölkə arasında olan isti münasibətlərə baxmayaraq, Rusiya Əfqanıstan məsələsində İrana da güzəştə getmək niyyətində deyil. Digər tərəfdən İranın Əfqanıstan məsələsində Qərblə əməkdaşlığı İran-Qərb və İran-ABŞ münasibətlərin tez bir zamanda normallaşmasına gətirib çıxardacaq amil kimi də dəyərləndirilə bilər ki, bu da Rusiyanın İranla münasibətlərdəki startejik qazancına ciddi zərbə vurabilər.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar