SON XƏBƏRLƏR

BOYKOT BƏYANATI YAYILDI

2021.10.20, 07:36
BOYKOT BƏYANATI YAYILDI

Gunaz.tv
BOYKOT BƏYANATI YAYILDI Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı martın 18-də keçiriləcək referendumu boykota çağıran bəyanat yayıb. Hərəkatdan “Media forum”a daxil olan bəyanatda referendumda iştirakın milli mənafe və dövlət maraqlarına zidd olduğu, konstitusiya dəyişikliyinin Azərbaycanda sülalə hakimiyyətinə yol açdığı, Azərbaycanda avtoritar idarəçiliyə gətirib çıxaracağı bəyan edilib. Seçiciləri referendumu boykot etməyə cağıran Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı bunun üçün aşağıdakı səbəbləri göstərib: - Hərəkatın referendumun dayandırılması tələbilə hakimiyyətə ünvanlanmış 4 mart 2009-cu il tarixli bəyanatına reaksiya verilməməsi; - Referendumqabağı şəraitdə ölkədə sərbəst toplaşmaq azadlığının, təbliğat və təşviqat imkanlarının məhdudlaşdırılması; - Təşviqat qruplarının referendumun nəticələrinə nəzarət etmək hüququnun MSK tərəfindən qeyri-qanun olaraq ləğv olunması; - Son 10 ildə seçkiqabağı pulsuz efir vaxtının 10 dəfəyə yaxın azaldılması; - Referendumun konstitusiyaya zidd olması ilə bağlı Konstitusiya Məhkəməsinə edilən şikayətə bugünədək baxılmaması; - Milli Məclisə və dövlət başçısına referendumun dayandırılması ilə bağlı edilən müraciətə adekvat cavab verilməməsi; - Avropa Şurası yerli Hakimiyyətlər Konqresi Bürosunun referendumun təxirə salınması ilə bağlı bəyanatı; - Referendumun konstitusiyaya və Azərbaycan qanunlarına zidd olması; - Referendum nəticəsində Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının ciddi şəkildə məhdudlaşdırılması; - Referenduma çıxarılan əlavə və dəyişikliklərin hakimiyyətə xalqın və dövlətin maraqlarına zidd şəkildə fəaliyyət göstərmək imkanı verməsi. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar