SON XƏBƏRLƏR

Əfqanıstan: İran və Amerikanın “əməkdaşlıq” bəhanəsi

2021.10.20, 07:36
Əfqanıstan: İran və Amerikanın “əməkdaşlıq” bəhanəsi

Gunaz.tv
Əfqanıstan: İran və Amerikanın “əməkdaşlıq” bəhanəsi Martın 5-də Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri iclasında ABŞ Dövlət Katibi Hillari Klinton Əfqanistan probleminin həlli, bu ölkənin yenidən bərpası və demokatiləşməsi yollarını axtartarmaq, eləcə də Taliban terrorunun qarşısını tam almaq məqsədi ilə 31 martda bir konfransın keçirilməsi təklifini irəli sürüb. O bildirib ki, bu konfransın keçirilməsində hədəf bir sıra müştərək əsaslar əldə etməkdir ki, problemləri birlikdə həllinə nail ola bilək. H. Klinton konfransın harda keçiriləcəyi haqda məlumat verməsə də, Nyu-York Tayms qəzeti bildirir ki, ABŞ yetkililəri Hollandiya rəsmilərindən bu konfransa ev sahibliyi etmələrini xahiş ediblər. Konfransın idarə edilməsi isə BMT-yə təklif olunub. Losancels Tayms qəzetinin məlumatında da bildirilir ki, H. Kilintonun Əfqanistanla bağlı beynəlxalq konfrans təklifi İranla diplomatik münasibətlərin yaranmasına zəmin yarada biləcək amildir. ABŞ dövlət katibi bildirib ki, İranın bu konfransda iştirak etməsi üçün bir çox səbəblər mövcuddur. İranla Əfqanıstan qonşu ölkələrdir. İran bu ölkədən narkotikanın idxal olmasından narahatdır. Bu və digər səbəblərdən İran bu konfransda iştirak etməyə maraq göstərməlidir. Buna görədə İran da bu konfransa dəvət olunacaqdır. İran tərəfinin mövqeyinə gəldikdə isə bu ölkənin rəsmiləri məsələni düşünürlər və şübhəsiz ki, bu haqda qərarlarını verəcəklər. Amma hələlik İra tərəfi iştirak edib etməyəcəyi haqda rəsmi mövqeyini ortaya qoymağa tələsmir. Xatırladaq ki, İran rəsmiləri keçən ilin Dekabr ayında Fransada keçirilən oxşar mahiyyətdəki konfransda iştirak etməkdən imtina etmişdi. O konfransın məqsədi, Əfqanistanın qonşularını bu ölkənin sabitliyində fəal rol oynamağa çağırmaq idi. İranın Serbiyada səfərda olan Xarici İşlər Naziri Mənuçehr Mottəki bildirib ki, bu ayan axırında keçiriləcək konfransda iştirak etmək haqda ciddi düşünüldükdən sonra qərar veriləcək. O bildirib ki, İranın hədəfində də Əfqanistanda sabitliyin tezliklə yaradılması məsələsi var. Əfqanistanla bağlı təklif olunan konfrans “iki düşmən” ölkə olan İran və ABŞ-ı bir araya gətirə biləcək amil ola bilər. Ehtimallara görə İran yetkililəri bu dəvəti qəbul edəcək və özünün regionun güclü ölkəsi olduğu iddianı nümayiş etdirmək məqsədi ilə bu konfransda iştirak edəcək. Bu arada “Radio Fərda” Vaşinqton Post qəzetinə istinadən bildirir ki, Hilları Klintonun bu cəhdi Barak Obamanın birinci addımı hesab edərək İranın bu konfransa dəvətin edilməsinin vacibliyini bəyən edib. Bütün bunları nəzərə alaraq demək olar ki, Əfqanıstan konfransı H. Kilintonla İranlı həmkarının ilk görüşü ola bilər. Bu iki dövlətin terror qrupları dəstəkləmə və İranın nüvə proqramı ilə bağlı bir sıra dərin problemləri olsa da əməkdaşlıq üçün də bir sıra çoxlu əsasları var. Qeyd edək ki, Əfqanistana hücum zamanı İran hakimiyyəti bir başa olmasa da Amerika hərbi qüvvlərinə Taliban hakimiyyətini yıxmaqda və yeni hakimiyyətin yaranmasında yardım etmişdi. İran Əfqanistanda sabitliyin yaranmasında əsas rol oynaya biləcək amillərdən biridir.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar