SON XƏBƏRLƏR

DİNİ RƏHBƏR AYƏTULLAH XAMİNEYİ, BİLDİRİB Kİ, İRANLA TÜRKİYƏ SİONİSTLƏRLƏ AMERİKALILARIN ƏKSİNƏ HƏRƏKƏT ETMƏLİDİR

2021.10.20, 07:36
DİNİ RƏHBƏR AYƏTULLAH XAMİNEYİ, BİLDİRİB Kİ, İRANLA TÜRKİYƏ SİONİSTLƏRLƏ AMERİKALILARIN ƏKSİNƏ HƏRƏKƏT ETMƏLİDİR

Gunaz.tv
khamenei-turkey_1.jpg İranın dini rəhbəri ayətullah Əli Xamneyi İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılmaq üçün Tehrana səfər etmiş Türkiyə prezidenti Abdulla Güllə görüşündə deyib ki, İranla Türkiyə sionistlərlə amerikalıların niyyətinin əks istiqamətində hərəkət etməlidir. martın 10-da baş tutan görüşdə dini rəhbər bildirib: “İqtisadi Əməkdaşlıq Təşkilatı qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı nümunədir. İranla Türkiyə bölgənin iki mühüm və nüfuzlu ölkəsi olaraq siyasi və təhlüksizlik sahəsində mövcud əlaqələri genişləndirməyə qadirdir. Əlbəttə, bu əlaqələrin genişləndirilməsinin öz əleyhdarları var. Onlar isə sionistlərlə amerikalılardır. Lakin İranla Türkiyə onların niyyətlərinin əks istiqamətində və yalnız öz mənafeləri əsasında hərəkət etməlidir”. Fələstinin islam dünyasının bir nömrəli problemi olduğunu deyən ayətullah Xamneyi Türkiyənin Qəzza zolağı məsələsində oynadığı rolu qiymətləndirdiyini vurğulayıb: “Türkiyə Qəzza məsələsində yaxşı rol oynadı. Türkiyənin baş naziri cənab Ərdoğanın Davosdakı hərəkəti təqdirəlayiqdir”. A.Gül İran-Türkiyə münasibətlərinin bölgədə və islam dünyasında nümunə sayıldığını və Türkiyə hökumətinin İranla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar