SON XƏBƏRLƏR

Həmid Araslının 100 illiyi qeyd olunur

2021.10.20, 07:36
Həmid Araslının 100 illiyi qeyd olunur

Gunaz.tv
Həmid Araslının 100 illiyi qeyd olunur Azərbaycan Milli Elmlər Akdemiyasının rəyasət heyəti akademik Həmid Araslının 100 illik yubileyinə həsr edilən elmi konfrans keçirib. Konfransda alimin elmi fəaliyyəti, ədəbiyyatımız qarşısında xidmətləri yüksək qiymətləndirilib. Həmid Araslı…böyük alim, cəfakeş elm xadimi. Görkəmli şərqşünas. Klassik ədəbiyyatımızı arayıb araşdıran və bu zəngin irsi xalqımıza çatdıran fədakar akademiklərimizdən biri idi. XX əsr Azərbaycan elmi və ədəbi ictimai həyatında aparıcı şəxslərdən olan həmid araslı haqsız təqiblərə məruz qalıb. Repressiya dövründə «Kitabi Dədə Qorqud»-un nəşri ilə bağlı da ciddi tənqidlərlə üzləşib. O, ölkəmizdə şərqşünaslıq elminin təşkilatçılarından biri idi. Həmkarları, bir zamanlar onunla birgə çalışan ziyalılar, alimlər əməkdar elm xadimini 100 illiyinə həsr olunmuş elmi konfransda belə xatırladılar. Qeyd edildi ki, o türk dil qurumu, İraq Elmlər Akademiyasının fəxri üzvü olub. Onlarca monoqrafik tədqiqatın, 500-ə qədər elmi məqalənin, çoxsaylı dərsiliyin müəllifidir. Alimin məsləhəti və redaktəsi, xeyir duası ilə neçə neçə elmi əsərlər çap edilib. Bir sözlə, Həmid Araslı Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar