SON XƏBƏRLƏR

Rusiya hərbi bazası Sxinvalidə 99 il qalacaq

2021.10.20, 07:36
Rusiya hərbi bazası Sxinvalidə 99 il qalacaq

Gunaz.tv
Rusiya hərbi bazası Sxinvalidə 99 il qalacaq _45248640_base203b.jpg Cənubi Osetiya lideri Eduard Kokoytinin sözlərinə, görə yaxın vaxtlarda Rusiya ilə hərbi bazanın yerləşdirilməsi və dövlət sərhədinin birgə mühafizəsi ilə bağlı saziş imzalanacaqdır. Torpaq sahələri həm Rusiya hərbi bazası, həm də Rusiya sərhədçiləri bazası üçün ayrılıb. Qərarda göstərilir ki, Sxinvali 4,2 və 5 hektar olmaqla iki torpaq sahəsi ayırır: birində Federal Xüsusi Xidmətin Sərhəd idarəsi və hərbçilər üçün mənzil inşa olunacaq, respublikanın şimalında Cava rayonu ərazisində isə hərbi baza tikiləcəkdir. Cənubi Osetiya prezidenti Eduard Kokoytının sözlərinə görə, yaxın vaxtlarda Rusiya ilə hərbi bazanın yerləşdirilməsi və dövlət sərhədinin birgə mühafizəsi ilə bağlı saziş imzalanacaqdır. Əvvəllər Abxaziya hakimiyyəti öz ərazisində Rusiya hərbi bazasını 49 il müddətinə yerləşdirməyi razılaşdırmışdı. Gözlənildiyinə görə, hərbi-hava qüvvələri bazası Qudautada, hərbi-dəniz qüvvələri bazası isə Oçamçiredə yerləşdiriləcəkdir. Rusiya hərbi bazalarının həmin bölgələrdə yerləşdirilməsini Tbilisi Gürcüstan ərazilərinin işğalı hesab edir. Avqust müharibəsinədək Abxaziyada və Cənubi Osetiyada Rusiya hərbçiləri sülhməramlılar statusu ilə qalırdılar. Həmin respublikaların Gürcüstandan müstəqillikləri tanındıqdan sonra, Rusiya onlarla hərbi bazaların yerləşdirilməsini də nəzərdə tutan əməkdaşlıq haqqında saziş imzaladı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar