SON XƏBƏRLƏR

HİLLARİYƏ TÜRKİYƏ SƏFƏRİ İLƏ BAĞLI SƏRT TƏNQİD

2021.10.20, 07:36
HİLLARİYƏ TÜRKİYƏ SƏFƏRİ İLƏ BAĞLI SƏRT TƏNQİD

Gunaz.tv
HİLLARİYƏ TÜRKİYƏ SƏFƏRİ İLƏ BAĞLI SƏRT TƏNQİD “The Washıngton Post”: “Dövlət katibi Ərdoğan hökumətinin mediaya qarşı çirkin təqiblərini görməməzliyə vurdu” 5187.jpg ABŞ dövlət katibi Hillari Klinton bu vəzifənin icrasına başlayandan sonra ilk dəfə çox sərt tənqid edilib. Nüfuzlu “The Wasıngton Post” qəzeti onun Türkiyəyə səfəri zamanı insan haqları məsələləri ilə bağlı tutduğu mövqeni tənqid edərək yazıb ki, bu davranışı ilə Klinton başçılıq etdiyi qurumun insan haqlarına dair bu yaxınlarda açıqlanan illik hesabatını hörmətdən salıb. Redaksiya məqaləsində qəzet yazır ki, dövlət katibi ABŞ diplomatiyasının dünyada insan haqlarını müdafiə etmək ənənəsinə zərbə vurur, habelə Dövlət Departamentinin bu sahədəki fəaliyyətini baltalayır. “Hillari Klinton Türkiyədə hələ də baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən mühasirədə saxlanılan mətbuat azadlıqları müdafiəçilərini şoka salıb. Dövlət Departamentinin hesabatına görə, baş nazir Ərdoğan da daxil olmaqla yüksək rütbəli hökumət nümayəndələri ötən il ərzində iqtidarın korrupsiya əməllərindən yazan mətbuatı və onların mənsub olduqları qurumları hədəfə alıblar. Ərdoğan hökuməti Türkiyənin ən iri media holdinqinə qarşı çirkin təqib kampaniyası həyata keçirir və Rusiyanın azad mətbuata münasibəti ilə müqayisə olunacaq manevrlə "Doğan" Yayım Holdinqinə qarşı 500 milyon dollarlıq cərimə sanksiyası verib" deyə məqalədə bildirilir. Qəzet xatırladır ki, Klintonun səfərindən əvvəl baş nazir Ərdoğan Dövlət Departamentinin hesabatını tənqid etmişdi. Ankarada keçirilən mətbuat konfransı zamanı bu məsələ ilə bağlı suala cavab verən dövlət katibi “heç bir siyasətçi mətbuatın onu tənqid etməsindən xoşlanmır” deyərək əlavə edib ki, Türkiyə son illər insan haqları sahəsində ciddi islahatlar həyata keçirib. “Əslində isə Dövlət Departamenti Türkiyənin insan haqları, xüsusilə mətbuat azadlıqları sahəsində ciddi gerilədiyini təsbit edib. Bu reallıqları qəbul etməyən dövlət katibi başçılıq etdiyi quruma xidmət etmir və dünya miqyasında hökumətlərin insan haqları pozuntularının ABŞ tərəfindən ciddi tənqid edilməyəcəyinə işarə edir” deyə məqalədə bildirilib. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar