SON XƏBƏRLƏR

NUO İRAN ADLANAN YERİN KOSMİK PEYKİNİ VURUB

2021.10.20, 07:36
NUO İRAN ADLANAN YERİN KOSMİK PEYKİNİ VURUB

Gunaz.tv
NUO İRANIN KOSMİK PEYKİNİ VURUB Prezident Mahmud Əhmədinejad: “Əvvəlcə onu vurmaq istədik, sonra...” 480.jpg İranın kosmosa ilk süni peykini buraxması problemsiz ötüşməyib. Prezident Mahmud Əhmədinejad bildirib ki, ötən ay peykin buraxılması zamanı start meydançası üzərində peyda olan naməlum uçan obyekt rabitə sistemini sıradan çıxarıb. İran prezidentinin sözlərinə görə, “hansısa düşmən ölkənin” pilotsuz kəşfiyyat təyyarələri raketin yerləşdirildiyi start meydançasının üzərində görünüblər və mürəkkəb texnologiyadan istifadə edərək bütün rabitə sistemlərinin işini pozublar. Nəticədə mühəndislər ehtiyat start variantını işə salmalı olub. Əhmədinejad deyib ki, pilotsuz uçan aparatlar çox böyük yüksəklikdə uçublar. Onları vurmaq üçün əvvəlcə havaya qırıcıları qaldırmaq qərara alınıb, ancaq sonradan Əhmədinecad fikrindən daşınıb. Lakin İran prezidenti düşmən ölkənin uçan obyektini nədən vurmadıqlarını izah etməyib. İran bu il fevralın 3-də kosmosa özünün “Ümid” adlı ilk süni peykini buraxıb. Peykin dinc məqsədlərə xidmət etdiyi bildirilir. Bu hadisə İranın uzaqmənzilli ballistik raketlərə malik olması baxımından Qərbdə narahatlıq doğurub. İsrail mətbuatı yazır ki, İran peykinin buraxılışını əngəlləyən uçan aparatlar bu ölkəyə aid ola bilər. Lakin İsrail pilotsuz təyyarələri İran səmasına o zaman daxil ola bilərdi ki, onlar İraqdakı Amerika qüvvələri tərəfindən buraxılsın. Qeyd edək ki, raketin buraxılmasını şəxsən Əhmədinejad və ordu komandanları izləyib. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar