SON XƏBƏRLƏR

Ermənistanda 8 mart rüsvayıçılığı

2021.10.20, 07:36
Ermənistanda 8 mart rüsvayıçılığı

Gunaz.tv
Ermənistanda 8 mart rüsvayıçılığı m5fa3ii5.jpg Köçəryan müxalifətçi qadın deputata fahişə şəkili göndərib Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 8 mart - Qadınlar Günü münasibətilə parlamentdəki iki qadın deputatı təbrik edib. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, R. Köçəryan bayram münasibətilə parlamentin sədri müavini Arevik Petrosyana gül dəstəsi, müxalifətdən olan Zarui Postancyana isə açıqca göndərib. Açıqcanın üzərinə fransız rəssamı Anri de Tuluz-Lotrekin fahişə qadınları təsvir etdiyi “Mulen Rujun yarıçılpaq qadınları” əsərinin fotosu yapışdırılıb. Z. Postancyan “Qraparak” qəzetinə açıqlamasında R. Köçəryanın bu davranışla ona sataşmaq istədiyini deyib: “Ancaq mən qətiyyən incimirəm. Bu, böyükⅦəsərdir. Hesab edirəm ki, Köçəryan bu açıqca ilə hansı vəziyyətdə olduğunu bir daha sübut etdi”. Müxalifətçi deputat sabiq prezidentin əslində ona cavab verdiyini də etiraf edib. Belə ki, Yeni il bayramında Z. Postancyan R. Köçəryana üzərində sümük təsviri olan açıqca göndəribmiş. Bu “təbrik”i unutmayan R. Köçəryan müxalifətçidən heyfini çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar