SON XƏBƏRLƏR

Prezident seçgilərində Kərrubi ilə Barzani cütlüyü! . Böyük Rəsuloğlu

2021.10.20, 07:36
Prezident seçgilərində Kərrubi ilə Barzani cütlüyü! . Böyük Rəsuloğlu

Gunaz.tv
Prezident seçgilərində Kərrubi ilə Barzani cütlüyü! Ölkədə, üzdən iraq cümuhur başqanlığı seçgilərində çeşitli fikir və mübahisələrin yanında, bizi ilgiləndirən “Azərbaycan Milli Hərkatının” tutumudur. Şübhə yoxdur ki, o ölkədə olub bitən bütün hadisələr biz azərbaycanlılarına etkilər və gələcəyimizdə təsir buraxar. Bu həqiqəti daha dərindən və eyni olaraq idrak edən güneydəki milli fəalların bir araya toplanaraq düzgün bir xəttin təyini üçün çalışmaları təqdirə layiqdir. Hələ yayılan xəbərə görə bugün sayın Dr. Əkbər Ələmi öz adaylığını elam edəcəyinə görə bu proses daha da qızışmaqdadır. Neçə ay öncə cənab Dr. Ələminin adı seçgilərə qarışan zaman Bakı-da yerləşən bir şumali Azərbaycan partiyası, araşdırmadan onun namzədliyini dəstəklədiyində beynimdə bir neçə soru yaranmışdı. A- Güney azərbaycanı köklü tanımıyan, İran siyasətini dərindən bilmiyən insanların, bu mürəkkəb işə qoşulması nə qədər düzgündür. Baxmıyaraq ki, bugün sitələrdə yayılan yalan və ya doğru xəbərləri oxuyan və ya bunun-onun ağzından eşitdikləri təhlillərə dayanan hər kəs bu böyük siyasətin uzmanı kimi düşünməkdədir. B- Əkbər Ələmi namzədliyini qoyarsa, xaricdə oturub, daxilə don biçən bizlərin onu dəstəkləməsi, onun adaylığının qəbul edilməməsi üçün bir bəhanə olmazmı? C- Cənab Dr. Əkbər Ələmi yerinə milli hərəkətimizə daha dərindən inanmış və böyüməsinin gələcəkdə hərəkatımızda probləm yaradmıyacaq bir milli fəalın adaylığının irəli sürülməsi daha faydalı olmazmı? Cənab Dr. Ələmiyə Azərbaycan məsələsində atdığı addılara görə böyük hörmət bəsləsəmdə, adaylığı qəbul edilmiyəcək başqa bir güclü milli fəalın ətrafında, milli hərəkatımızı təbliq edərək, sistemli fəaliyət aparmağın daha verimli olması məntiqi deyilmi? Namzədliyi rədd olunandan sonra, bu bəhanə ilə antişovinizm təbliqata başlıyaraq, seçgiləri təhrim etməyin daha başarılı olacağınıa dərindən inanırdım. Bütün bunları göz önünə alaraq, yaşadığımız o ölkədə siyasi proseslərdən uzaqda qalmağımızla, qoşulmağımızın xeyir və ziyanı müqayisə edilməlidir. Bəlli hallarda və düzgün siyasət aparmaqla qoşulmaqdan böyük faydalar apara bildiyimiz kimi ölçüsüz siyasətlərlə vəya bəzi quvvələrin vədə vəidləri ilə qoşulmağın ziyan dərəcəsi çox yüksək olabilər. 1998-də Bakı və təbrizdəki KİV-də yayılan bir məqalədə yazmışdım” Azərbaycan Milli Hərəkatı” ölkədə üçüncü bir quvvə kimi təzahür etməlidir”. Bu gün “Türk İslahatçılar Hərəkatı” termininin ortaya çıxamsı, birdə ona görə sevindiricidir ki, demək milli hərəkatımız üçüncü bir quvvə kimi ortaya çıxmağa güc qazanmışdır. Ancaq, Milli Hərəkatımız, İranda farsçılıq siyasəti güdən quvvələrin əlində alət olmaması üçün “ Azərbaycan Mərkəzli düşüncə sistəmi” nin xaaricinə çıxmamalıdır. Bu dənkləmi( müadiləni) düzgün çözmək üçün bir nəçə məsələyə bir daha toxunmalıyam. A- Əhmədi Nəjad tayfasının anti Türk və anti Azərbaycan siyasətini geçən dörd ildə gördük. Bu mənfi siyasətlər hamıya aydın olduğuna görə onu açıqlamaq üçün vaxt itirməyə dəyməz. B- Xatəminin prezidentlik dövründə nisbi azadlıqların, güvən supapı kimi işə salındığı və milli hərəkatımızın imkan daxilində ondan istifadə etməsi inkar edilməzdir. Ancaq həmin dövrədə mətbuatımıza, özılliklə “ Nəvidi Azərbaycan” “ Şəmsi Təbriz “ və “Ümidi Zəncan” qazetlərinə olan basqılar unutulmamalıdır. Onların məsul müdirləri, yazar və zəhmət çəkənlərinin məhkəmələrə verildikləri günləri ibrət dərsi olmalıdır. Ən önəmlisi, nəçə il öncə Xatəminin Təbrizə gələrək özünə xal qazanmaq fikrində olduğu günlər Təbrizi Bağşumal ( şazda bağı) idman sarayında azərbaycanlıları incidən sözləri və bizləri aldatıcı fikriləri qulaqlarımızdan asılmalıdır. Bunuda unutmaq lazim deyil ki, artıq islahatçı adı ilə tanınan bu qrupun durumu o ölkənin daxilində öz təsirini itirmişdir. Bunlar istər “milli birlik höküməti” təklifləri ilə istərsədə qarşı tərəfin hücumlarından çəkindiklərinə görə geçmiş fikirlərindən vaz geçmişlər. Sadəcə, ölkənin dağılmasını önləmək ifadələrini işlədərək, mövcüd durumu saxlamaq niyətində olduqlarını söyləməkdədirlər. Başqa sözlə “ Milli Hərəkatımız” –ın bunlardan umacağı bir şey qalmamışdır. C- Kərrubi ilə, geçən prezident seçgiləri zamanı Tehranda görüşən 4 nəfər tanınmış Və güvənilir soydaşımızın lehinə və əleyhinə olanları unutmamışıq. O zaman, hələ daxildə olan dəyərli gənc milli fəal sayın Əlirza bəy quluncunun radikal düşüncələri təqdirə layiq olsa da, bəziləri o cümlədən iclasda iştirak edən hörmətli bir dostumuz tərəfindən qınqndı. Kərrübi-nin dünənki Urmu səfəri və oradaki oyunları göstərdi ki, onun partiyasının adı “ Milli Güvənlik”-dən çıxarılıb, “Irqı Güvən” olmalıdır. Onun Urmu şəhərində direkt olaraq, Kürd “ molla Beyzavi”nin evinə gedərək, orada Kürd terorist qruplarına toplanıb Kürdçülük təbliqatına imkan yaradması, mahiyəti hamımıza aydın olan Məsud Barzani ilə bərbabər şəkillənməsi daxilindəki qaranlıqları göstərdi. Qəribə burasındadır ki, həmin partıyanın oradakı türk məsulları, utanmadan millətdən səs istəməkdədirlər. Fikrimcə “Tərbiyət” sinamasının qaplarının bunların üzünə bağlanması da bu oyunun bir tərkib hissəsi ola bilər. Məncə Kürd terorizminə verdiyi bu dəstəyi və qazandırdığı təbliqat qaynağına görə, təkcə urmuda deyil, bütün azərbaycanlılar, fikirlərindən və kimə səs verib vermiyəcəklərindən asılı olmuyaraq sandıq başına getsələr, kərrubi-dən başqasını tərcih etrməlidirlər. Şübhə yoxdur ki, sadədil insanları aldatmaq üçün Kərrubi-nin bu oyununu bir seçgi siyasəti adlandıraraq, bu çirkinliyin üstünü örtməyə çalışacaqlar. Ancaq 10 yaşında bir uşaqda bilir ki, o bölgədə yaşıyanalrın %85 – ni təşkil edən Türklərin səsini teror dəstərinə satanın hədəfi siyasət deyil, İrgçılıq ola bilər. Kim bilir, bəlkədə onun doğulub böyüdüyü “ Əligudərz” Ləkistana yaxın olduğuna görə özünü “Yarı Kürd “ hesab edir. Bütün bu fikirləri bir-birinin yanına qoyarsaq, bugün“Azərbaycan Milli Hərəkatının” üçüncü bir quvvə kimi təzahür etməsindən başqa yolu yoxdur. Buda aydındır ki, o ölkədə Türk milli dəyərlərinə ən dərindən inanmış bir namzəd prezident olsa belə bizim dərdlərimizi dərman edəmiyəcəkdir. Fars mərkəzli Tehran hakimiyəti əlində alətə dönüşəcəkdir. Ancaq bu günkü şərtlər altında hər hansi bir Türk aday “ milli Hərəkatımızın” bəlli istəklərinə yazılı olaraq qol çəkərsə, onun ətrafına yığışıb milli hərəkətimizi təbliq edərək, xalqın içinə yayilmaq faydalı ola bilər. Diqqət edilməlidir ki, hamı bir fikirə gələrək, bu şəxsiyətlərdən, sonradan millətimizə zərər vermiyəcək vəya ən az zərər verəcək durumda olana üstünlük verilsin. Böyük Rəsuloğlu 09.03.2009

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar