SON XƏBƏRLƏR

Avropa Parlamenti Türkiyədən Ermənistanla münasibətləri bərpa etməyi tələb edir

2021.10.20, 07:36
Avropa Parlamenti Türkiyədən Ermənistanla münasibətləri bərpa etməyi tələb edir

Gunaz.tv
Türk qoşunları Şimali Kiprdən çıxarılmalıdır! Avropa Parlamenti Türkiyədən Ermənistanla münasibətləri bərpa etməyi tələb edir Avropa Parlamenti Türkiyədən Ermənistanla diplomatik münasibətlər qurmağı və quru sərhədlərini açmağı tələb edir. “Media forum” saytı xəbər verir ki, bu tələb Avropa Parlamentinin martın 11-də müzakirəyə çıxaracağı, Türkiyə ilə bağlı hesabatında əksini tapıb. Hollandiyalı deputat Ria Oomen Ruijtenin hazırladığı hesabatda Türkiyə prezidenti Abdulla Gülün keçən ilin sentyabrında Ermənistana futbol yarışına baxmağa getməsi müsbət dəyərləndirilib və bu addımın iki ölkə arasında münasibətlərin normallaşdırılmasına təsir göstərəcəyinə ümid ifadə olunub. Sənəddə ermənilərin “soyqırım” iddialarına yer verilməyib. Amma Türkiyənin Ermənistanla sərhədi açaraq iqtisadi və siyasi münasibətləri bütövlükdə bərpa etməsi tələb olunub və Avropa Komissiyası bu prosesə dəstək verməyə çağrılıb. Ria Oomen Ruijtenin hesabatında deyilir ki, Kiprdəki müzakirə atmosferinin yaxşılaşması üçün Türkiyənin hərbi qüvvələrinin bu adadan çıxarılması lazımdır. Hesabat Avropa Komissiyasının xarici əlaqələr komitəsində qəbul olunub, martın 11-də müzakirəyə, martın 12-də isə səsverməyə çıxarılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar