SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ, ŞİƏLƏRİN MƏSCİDİNƏ DAHA BİR SƏS BOMBASI ATILIB

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ, ŞİƏLƏRİN MƏSCİDİNƏ DAHA BİR SƏS BOMBASI ATILIB

Gunaz.tv
ŞİƏLƏRİN MƏSCİDİNƏ DAHA BİR SƏS BOMBASI ATILIB Martın 10-da İranın Sistan-Bəlucistan əyalətinin mərkəzində - Zahidan şəhərində mototsikl sürən naməlum şəxs şiələrin Əlqədir məscidinə səs bombası atıb. Tələfat olmayıb. fevralın 18-də də naməlum şəxs həmin məscidin damına səs bombası atmışdı. Nəticədə məscidin bir hissəsi dağılmış, ətrafda evlərin şüşələri qırılmışdı. Hücumu “Condollah” təşkilatının təşkil etdiyi güman olunur. “Condollah” yerli sünni bəluçların hüquqları uğrunda mübarizə apardığını iddia edən qanunsuz silahlı dəstədir. Son illərdə Əbdülmalik Riginin başçılıq etdiyi “Condollah”ın döyüşçüləri ilə hökumət qüvvələri arasında baş verən qanlı qarşıdurmalarda hər iki tərəfdən çoxlu insan həlak olub. Səs bombasının gücü partlayanda yaratdığı dalğalardadır. Bu bombanın qəlpələri olmur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar