SON XƏBƏRLƏR

iran adlanan yerin Zəncan şəhərində dar ağaclarından asılmaqla edam edilib

2021.10.20, 07:36
iran adlanan yerin Zəncan şəhərində dar ağaclarından asılmaqla edam edilib

Gunaz.tv
Edam və həbslər davam edir Zəncan şəhərində dar ağaclarından asılmaqla edam edilib. Rəsmilərin bildirdiyinə görə, Zəncanda edam olunanlar, silahlı soyğunçuluq, qarət və ictimaiyyət arasında qorxu yaratmaq maddələri üzrə təqsirli bilinərək, ölüm cəzasına məhkum ediliblər. Ali Məhkəmənin İcitimaiyyətlə Əlaqələr Mərkəzi edam olunan zəncanlıları, Söhrab R., Nicat A., Mehdi D., Murtuz C., Mənuçöhr M. və Həsən R. kimi təqdim edib. Onların hərbi formada Zəncan şəhərində qızıl mağazalarından birinə basqın etdiyi bildirilir. Bundan başqa, Tehranın "Evin" həbsxanasında 4 məhkumun həyatına son qoyulub. Həmin 4 nəfərin qətl törətmək maddəsi üzrə təqsirli bilindikləri və "Evin"həbsxanasının həyətində dar ağaclarında asılaraq edam olunduqları bildirir. Edam hökmünün ləğvinə çağıran beynəlxalq ictimaiyyətin təzyiqlərinə baxmayaraq, İran son 1 ildə 300-dən artıq məhkumu edam edib. Ərdəbildə isə insan haqları uğrunda mübarizənin fəalları Vədud Əsədi və Həsən Rəhimiyə qarşı məhkəmə qərar çıxarılıb. Rəşt şəhərinin İslam İnqilabı Məhkəməsində keçirilən qapalı məhkəmə iclasının sonunda qapadılmış "Səhər" tələbə jurnalının keçmiş baş yazarı, Vədud Əsədi bir il, azərbaycanlı tələbə və fəal Həsən Rəhimi isə 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzalarına məhkum edildilər. Onların təhsil aldıqları universitetdəki fəaliyyətləri, Rəşt şəhərində yaşayan azərbaycan türkləri üçün davamlı dağ gəzintiləri təşkil etmələri, şəxsi yazıları və saxladıqları türkcə kitablar, "dövlətçiliyə qarşı əks-təbliğat"da əsas dəlillər kimi göstərilib. Ötən iyul ayında Rəşt şəhərinin Ettelaat orqanları tərəfindən həbs olunan azərbaycanlı fəallar bir ay müddətinə qapalı təcridxanada saxlandıqdan sonra zaminə buraxılmışdılar. Saxlandıqları müddətdə onlara fiziki və psixoloji təzyiqlərin göstərildiyi bildirilir. Ötən avuust ayında bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları Əsədi və Rəhimi ilə bağlı bəyanatla çıxış etmişdi. Dinc siyasi mübarizə apardığı üçün 5 il əvvəl həbs olunaraq Kərəc şəhərindəki Gövhərdəşt zindanında saxlanan İran Milli Birlik Cəbhəsinin sədri Əmirhüseyn Heşmət Saran iki gün koma vəziyyətində qalandan sonra xəstəxanada vəfat edib. Gövhərdəşt həbsxanasının rəhbərliyinin iki gün əvvəl səhhətində ciddi problemlər yaranmış məhbusun şəhər xəstəxanasına aparılmasına lazım olduğundan gec rüsxət verdiyi, Sarana həbsxanada bəzi şübhəli dərmanlar içirildiyi bildirilir. Məhbusun ailəsinin dediyinə görə, Heşmət Saranın ölümündə məhz həmin dərmanlar böyük rol oynayıb. Humay

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar