SON XƏBƏRLƏR

PREZİDENTLİYƏ NAMİZƏD MEHDİ KƏRRUBİ KÜRDLƏRƏ VƏD VERDİ

2021.10.20, 07:36
PREZİDENTLİYƏ NAMİZƏD MEHDİ KƏRRUBİ KÜRDLƏRƏ VƏD VERDİ

Gunaz.tv
PREZİDENTLİYƏ NAMİZƏD MEHDİ KƏRRUBİ KÜRDLƏRƏ VƏD VERDİ mehdikerrubi.jpg Mehdi Kərrubi İran parlamentinin keçmiş spikeri, prezidentliyə namizəd Mehdi Kərrubi martın 10-da Qərbi Azərbaycan əyalətinin Məhabad şəhərində kürd mənşəli əhali qarşısında çıxş edərək seçkidə qalib gələcəyi halda kabinetində etnik qüvvələrə də yer verəcəyini deyib. İranda prezident seçkisi 2009-cu il iyunun 12-də keçiriləcək. Milli Etimad Partiyasının rəhbəri olan M.Kərrubi inqilabdan 30 il keçməsinə baxmayaraq etniklərin hüquqları ilə bağlı konstitusiya müddəalarının hələ də icra olunmamasından təəssüfləndiyini vurğulayıb: «Konstitusiyanın etniklərin hüquqlarına yönəlik bütün maddələri icra olunmalıdır. İran bütün iranlılara məxsusdur. İnqilabdan 30 il keçməsinə baxmayaraq bu maddələrin icra olunmaması, etnik qrupların müxtəlif ayrı-seçkilik və məhdudiyyətlərlə üz-üzə qalması təəssüf hissi doğurur». M.Kərrubi bölgədə işsizlik və narkomaniyanın geniş yayıldığına toxunaraq ölkənin idarəetmə sistemində sünni məzhəbli etniklərdən, o cümlədən kürdlərdən istifadə olunmasının vacibliyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar