SON XƏBƏRLƏR

Sibel Can: Azərbaycan üçün çox darıxmışdım . MÜSAHİBƏ

2021.10.20, 07:36
Sibel Can: Azərbaycan üçün çox darıxmışdım . MÜSAHİBƏ

Gunaz.tv
"Azərbaycan üçün çox darıxmışdım" Türkiyənin məşhur sənətçisi Sibel Canın APA-ya eksklüziv müsahibəsi "Azərbaycan tamaşaçısı çox savadlıdır" - Beynəlxalq Qadınlar Gününü Azərbaycanda, həm də iş başında keçirmək sizə çətin olmadımı? - Qətiyyən çətin olmadı. Tam səmimi deyirəm ki, il ərzində bir dəfə qeyd olunan Qadınlar Gününü Azərbaycanda qarşılamaq mənim üçün böyük şərəfdir. Təki bütün bayramları səhnədə qarşılayım. - Azərbaycanda sonuncu konsertiniz dörd il əvvəl olub. Dörd illik fasilədə Azərbaycan tamaşaçısı üçün darıxmamısınız ki? - Sözü ağzımdan aldınız. Həqiqətən də Azərbaycan üçün çox darıxmışam. Son olaraq dörd il öncə Bakıya gəlmişdim və Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etmişdim. Bakıda hər konsertimi həsrətlə gözləyirəm. Heydər Əliyev Sarayını yenilənəndən sonra ilk dəfə gördüm və məndə çox gözəl hisslər oyatdı. Burada hər bir insan əsl musiqini çox sevir, sənət adamına çox hörmətlə yanaşır. Buna görə də Azərbaycandakı konsertlərin yerini heç nə vermir. - Türkiyədən gələn çoxsaylı sənətçilər Azərbaycan tamaşaçısı ilə Türkiyə tamaşaçısı arasında fərqlər olduğunu deyirlər. Siz necə düşünürsünüz? - Tamamilə doğrudur. Türkiyə ilə Azərbaycan tamaşaçısı arasında çox fərq var. Bu fərqlərdən birincisi və əsası odur ki, Azərbaycan tamaşaçısı musiqiyə çox yaxşı bələddir, çox savadlıdır. Məhz bu cür tamaşaçılar qarşısında çıxışım və Azərbaycana gəlişim hər zaman özəldir. Azəri tamaşaçılarına ünvanladığım bütün bu sözləri buraya gəlib konsert verən hər bir sənətçi də söyləyir. - Yaşla aparılan mübarizədə gözəlliyinizin qalib gəlməsini nəyə borclusunuz? - Mən ilk öncə özümü çox sevirəm. Gözəl bir ailəyə sahibəm və çox sevdiyim işlə məşğulam. Bütün bunlar da insan həyatına çox böyük təsir göstərir. Sözsüz ki, bu yaşa qədər səhnədə gözəl görünmək üçün çox çalışmışam. Səhnə gözəlliyi sevir və bu gözəlliyi saxlamaq üçün müəyyən vasitələrə əl atmışam. Düzdür, plastik əməliyyata heç zaman üstünlük verməmişəm, ancaq təbii yollarla özümü gözəl saxlamağa çalışmışam. - Həm analıq məsuliyyəti, həm də yaradıcılıqla məşğul olmaq sizə çətin olmur ki? - Yç uşaq anasıyam və övladlarımıla fəxr edirəm. Artıq övladlarım çox böyüyüblər və öz ayaqları üzərlərində dayanmağı bacarırlar. Mən onlara həm ana, həm də dostam. Ona görə də biz istənilən anda bir-birimizi çox yaxşı başa düşürük. Övladlarım sənətimə hörmət edirlər və bu yolda mənə çox yardım edirlər. Hətta mahnı seçimində də onların fikrini əsas tuturam. Yəni onlar mənim yaradıcılığımda da böyük rol oynayırlar. - Sovetlər dönəmindən bəri Azərbaycanda sevilirsiniz. Sizin şəkillərinizi, posterlərinizi alıb evlərinin divarına vuranların sayı az deyildi. - Bəli, illərdir sevilirəm. Elə həmin vaxtlarda Azərbaycanda çox sevildiyimi bilirdim. Mənə demişdilər ki, Azərbaycanda bir çoxlarının evində mənim rəsmlərim asılıb. Bura gələndən sonra bütün bunları görüb çox təəccübləndim. Hamı məni öz evinin adamı, öz qızı kimi qəbul edirdi. Bu hiss o qədər gözəldir ki... Bunun üçün də sizin vasitənizlə hər bir Azərbaycan vətəndaşına bu sevgiyə görə çox təşəkkür edirəm. Ymidvaram ki, bu sevgi heç zaman ölməyəcək. Çünki mənim bu sevgiyə ehityacım var. Bütün bu gördüklərim və eşitdiklərim məndə Azərbaycana qarşı böyük sevgi yaradıb. Eyni zamanda, Azərbaycan mədəniyyətinə böyük hörmətim var, musiqilərinizi də hər zaman dinləyirəm. Sizə bir şeyi də etiraf edim ki, mən məhz musiqi ilə hər kəsin qəlbinə girməyi bacarmışam. - Ötən illərə baxdıqda, heç təəssüfləndiyiniz anlar olurmu? - Ymumiyyətlə, təəssüflənmək mənim xasiyyətimə ziddir. Mən həyatım boyu hər şeyə şükr etmişəm və şükr etməyə də davam edirəm. Bəlkə də məhz bu xasiyyətimdən dolayı həyatda istədiyimdən artığını qazanmışam. - Sənətə rəqqasəliklə başlamısınız. - Bəli, mən rəqqasəliklə səhnəyə gəlmişəm. Azərbaycanda ilk olaraq rəqqasə kimi sevildim. Daha sonra isə səsim hamıya sürpriz oldu. Rəqs etməyi çox sevirəm. Həyatımı bütünlüklə sənətə bağlamışam. - Bəs sizi səhnəyə gətirən rəqqasəlik sənətini mükəmmələşdirmək yönündə çalışmalarınız varmı? - Əlbəttə ki, mən rəqqasəliyi çox sevirəm və daim bunun üzərində işləyirəm. Mən səhnədə oynamadan dura bilmirəm və hər ifamda rəqs edirəm. Eitraf edim ki, səhnədə rəqssiz bir həyat düşünmürəm. Rəqs mənim həyatımın bir parçasıdır. - Səhnədə özünüzü rəqs edərkənmi, yoxsa oxuyarkənmi daha xoşbəxt hiss edirsiniz? - Hər ikisi. Yəni səhnədə həm oxumaq, həm də rəqs etmək məni həyata bağlayır. Sizcə, mən seçim edə bilərəmmi? Türkiyədə ikisini bir arada edən çox az sənətçi var. Çox şanslıyam ki, səhnədə həm rəqqasəlik qabiliyyətimi, həm də müğəniliyimi rahat göstərirəm. Sənətçi səhnədə tamaşaçını cəlb etmək üçün həm rəqs etməli, həm də şou göstərməlidir. Ən əsası isə, hər bir sənətçidə səhnəni ələ almaq qabiliyyəti olmalıdır. Sözsüz ki, bütün bunların başında istedad gəlir. "Aygün Bəylərin ifasına sadəcə olaraq heyranam" - Azərbaycanla Türkiyə tamaşaçısı arasında fərqlərin mövcudluğunu dediniz. Bəs şou-biznes aləmində, daha doğrusu, müğənnilər arasında hansısa fərqlərin olduğunu deyə bilərsinizmi? Ymumiyyətlə, Azərbaycan sənətçiləri ilə işbirliyi planlaşdırırsınızmı? - Azərbaycanın mədəniyyəti və musiqisi çox dərin köklərə malikdir. Sözsüz ki, bu cür mədəniyyətin daşıyıcıları ilə işbirliyi həyata keçirmək istərdim. Son günlər davamlı olaraq, demək olar ki, hər gün "Tut ağacı" mahnısını dinləyirəm. Bu mahnı mənə bir müddət əvvəl Xəlil Ərgün ("Yaprak dökümü" serialında Əlirza rolunu canlandıran aktyor - APA) vasitəsilə çatıb. Onlar mahnını burada dinləyərkən "bu mahnını mütləq Sibel oxumalıdır" deyiblər. Hətta mən yolda avtomobilimdə də bu mahnını dinləyirəm. Aygün Bəylər bu mahnını çox gözəl oxuyub. Onun ifasına sadəcə olaraq heyranam. Azərbaycanda onun kimi sənətini sevdiyim bir çox sənət dostlarım var. Azərbaycan müğənniləri öz işlərini son dərəcə ciddi və məsuliyyətli yerinə yetirirlər. Kaş ki, Türkiyədəki sənətçilər də işlərinə bu cür yanaşaydılar. Azərbaycan sənətçilərinin çoxu ancaq öz işləri ilə məşğuldurlar. Mən də Türkiyə sənətçilərinə onlardan örnək almağı məsləhət görürəm. Burada mənim bir dostum da var, o da çox gözəl ifaçıdır. Maestro Ceyhunun həm sənətini, həm də insanlığını sevirəm. Həm Aygün Bəylərin, həm də Ceyhunun yaradıcılığını daim izləyirəm. - Dediniz ki, "Tut ağacı" mahnısını çox sevirsiniz. Bu mahnını ifa etmək fikriniz varmı? - Əlbəttə ki, ifa edəcəyəm. Artıq hazırlıqlara başlamışam. Aygünün ifasına da hər gün qulaq asıram ki, bu mahnının düzgün ifasını götürüm. Hətta bu mahnını yeni albomuma da daxil etməyi düşünürəm. - Şəxsi həyatınız necə davam edir? - Çox yaxşıdır. Hər səfərimdə gündəlik olaraq övladlarımın hər addımı ilə maraqlanıram. Məsafənin uzaqlığından asılı olmayaraq onlardan xəbərdaram. Həm bir həyat yoldaşı, həm bir ana, həm də bir sənət insanı kimi çox xoşbəxtəm. Əlbəttə ki, sənətimdə qazandığım bütün uğurlar məhz ailədəki uğurlarımla bağlıdır. Həyat yolşadımı da çox sevirəm. Hər bir qadına bu cür diqqətli həyat yoldaşı arzulayıram. - Türkiyədə çox az sənətçilərdənsiniz ki, adınız qalmaqallarda hallanmır. - Qalmaqalları heç sevmirəm. Mən yalnız sənətim və yaradıcılıq sahəsində yeniliklərimlə gündəmdə qalmaq istəyirəm. Başqa nələrləsə gündəmə gəlmək və gündəmə gəlmək üçün nələrəsə əl atmaq mənə yaraşmaz. Onsuz da illərdir gündəmdəyəm. Bu müddət ərzində bu sevgini qoruyub-saxlamağı bacarmışamsa, demək heç zaman unudulmayacağam. - Bir müddət əvvəl keçmiş həyat yoldaşınız və onun ailəsi ilə bəzi problemlər yaşadınız. Bu problemlər həll olunubmu? - Artıq hər şey həll olunub. Düzgünlük qalib gəlib. Ancaq mən bu mövzuda bundan artıq heç nə danışmayacağam. Ymumiyyətlə, bu mövzu məni çox sıxır və çox danışmaq istəmirəm. - Gələcəkdə Azərbaycanda iş qurmağı düşünürsünüzmü? - Əslində, siz mənə bir ideya verdiniz. Burada iş qurmaq çox gözəl fikirdir. Bu barədə düşünməyə dəyər. Sənət yoldaşım Çelik Erişçi burada iş qurub. Mən ona uğurlar arzulayıram və bu yolda onu dəstəkləyirəm. Şükür Allaha ki, dünyada gedən maliyyə böhranının mənə təsiri olmayıb. - Yaradıcılığınızda yeniliklər varmı? Sizi yeni seriallarda görə biləcəyikmi? - Bu ilin may ayında yeni albomum işıq üzü görəcək. Hazırda həmin albomun mahnılarının yazılışına başlamışıq. Bilirəm ki, bu albom Azərbaycan dinləyiciləri tərəfindən də alınacaq. Yeni dizilərə gəlincə, bu haqda hələ bir şey deyə bilmərəm. Təkliflər çox olur, ancaq məni tam qane edən və mənə uyğun bir rol olsa, bu barədə düşünəcəyəm.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar