SON XƏBƏRLƏR

PKK terrorçuları ABŞ Ordusunda muzdlu xidmət edirlər

2021.10.20, 07:36
PKK terrorçuları ABŞ Ordusunda muzdlu xidmət edirlər

Gunaz.tv
PKK terrorçuları ABŞ Ordusunda muzdlu xidmət edirlər pkk-cilar.jpg PKK terror təşkilatından qaçan terrorçuların ABŞ Ordusunda xidmət etdikləri məlum olub. Lent.az-ın “Kanal D”-yə istinadən məlumatına görə, həmin terrorçular Əfqanıstanda və İraqda ABŞ Ordusunun tərkibində muzdlu hərbçi kimi xidmət edirlər. Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı keçirdiyi əməliyyatlardan sonra PKK daxilində ciddi narazılıqların başladığı məlumdur. Təşkilatdan kütləvi ayrılmalar müşahidə olunur. Onların bir hissəsi ABŞ Ordusuna qatılaraq, muzdlu hərbçi kimi xidmət etməyə üstünlük verir. Bu xəbəri Türkiyə Ordusuna təslim olan terrorçular da təsdiqləyiblər. ABŞ həmin terrorçulara “yaşıl kart” vəd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar