SON XƏBƏRLƏR

ABŞ – İran zənginləşdirilmiş urana malik deyil

2021.10.20, 07:36
ABŞ – İran zənginləşdirilmiş urana malik deyil

Gunaz.tv
ABŞ – İran zənginləşdirilmiş urana malik deyil dennis-bler-maykl-meyplz.jpg Amerika Milli Kəşfiyyatının direktoru Dennis Bleyr Konqresdə çıxış edərək bildirib ki, İran atom bombasının istehsalına lazım olan zənginləşdirilmiş urana malik deyil. Onun sözlərinə görə Tehran hətta zənginləşdirilmiş uranın istehsal edib-edilməyəcəyinə dair yekun qərar verməyib. Bu istiqamətdə işlər aparılsa da müəyyən səbəblərə görə dayandırılıb, deyib komitə dinləmələrində Milli Kəşfiyyatın direktoru. Konqres komitəsi qarşısında Müdafiə Kəşfiyyat Agentliyi başçısı ilə yanaşı çıxışında cənab Bleyr İranda keçirilən raket sınaqları barədə danışıb. "Zənnimcə İran hədəfə çatdırılacaq nüvə silahını inkişaf etdirmək imkanlarını açıq saxlayır", - deyib Milli Kəşfiyyatın direktoru. Dennis Bleyr deyib ki, bu yaxınlarda həyata keçirilən raket atışları ilə nüvə proqramı arasında bilavasitə əlaqə müşahidə olunmur. İranın nüvə proqramı ilə bağlı Konqresdə səslənən bu ifadə ilə İsrail kəşfiyyatının dəyərləndirməsi arasında ziddiyyətin olduğu qeyd edilir. BBC-nin Vaşinqton müxbirinə istinadən yeni açıqlmalar İrana dair tonun mülayimləşməsindən xəbər verir. İndiyədək İran öz nüvə proqramının hərbi məqsədli olduğu barədə ittihamları rədd etsə də Vaşinqton Tehranın "qeyri-şəffaf işlərini" təkidlə dayandırmağa çağırıb.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar