SON XƏBƏRLƏR

Abdulla Gül: «İran-Amerika münasibətlərində yumşalma hiss olunur»

2021.10.20, 07:36
Abdulla Gül: «İran-Amerika münasibətlərində yumşalma hiss olunur»

Gunaz.tv
Abdulla Gül: «İran-Amerika münasibətlərində yumşalma hiss olunur» abdullahgul.jpg İranda səfərdə olan Türkiyə prezidenti, Mahmud Əhmədinejad və İranın dini lideri ilə görüşündən sonra belə deyib İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tehran toplantısında iştirak etmək üçün İrana gələn Türkiyə prezidenti Abdulla Gül burada həmkarı, İran prezidenti Mahmud Əhmədinejad və İranın dini lideri Ayatulla Əli Xomeyni ilə görüşüb. Bu görüşlərindən sonra o bəyan edib ki, İranla Amerika münasibətlərində yumşalma və onların arasında inamın artması ilk növbədə qarşılıqlı bəyanatlarda özünü göstərəcək və bu proses artıq başlayıb: «Bu baxımdan 180 dərəcə dəyişikliklər var, amma 30 il həll edilməyən məsələləri bir anda yox etmək mümkün deyil». Abdulla Gül bəyan edib ki, İran prezidenti və dini lideri ilə görüşlərində ABŞ-la dialoq barədə müzakirələr zamanı xoş niyyət hiss edib: «Görüşlər müsbət və xeyirli idi. Hər iki tərəfdən mən vəziyyəti müsbət tərəfə dəyişmək istəyi gördüm. Biz bu istiqamətdə işləyəcəyik. Belə bir niyyətin olması faktı böyük irəliləyişdir». Aprelin 6-da ABŞ prezidenti Barak Obamanın Türkiyəyə planlaşdırılan səfərinə toxunan Abudlla Gül qeyd edib ki, bu, rəsmi Ankara nümayəndələrinin ABŞ-a hər hansı səfərindən əvvəl gerçəkləşəcək. Onun fikrincə, Türkiyə ilə ABŞ arasında xeyli ümumi maraqlar var: «Yeni dönəmin ilk vaxtlarından relslər düzgün qoyularsa, böyük məsafəni qət etmək olar». Prezident həmçinin münasibətlərdə Barak Obamanın hakimiyyətə gəldikdən sonra yeni dövrün başlandığını qeyd edərək, bildirib ki, keçmiş hakimiyyət təkbaşına qərar qəbul edib, onları təkbaşına reallaşdırmaq və digərlərinə öz ideyalarını yeritmək siyasətinə üstünlük verirdi. «İndi isə hakimiyyətə hamı ilə dialoq aparmaq haqqında bəyanat verən insanlar gəliblər»./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar