SON XƏBƏRLƏR

Iranda daha 12 nəfər edam edilib

2021.10.20, 07:36
Iranda daha 12 nəfər edam edilib

Gunaz.tv
İran ran İslam Respublikasında son bir neçə gündə daha 10 nəfər məhubs barəsində çsıxarılmış edam cəzası icra edilib. Bu barədə RİA-ya İrandakı mənblərdən məlumat verilib. Məlumata görə, İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində İran dövlətçiliyinə qarşı silahlı üsyanda, terror hücumları və təhlükəsizlik qüvvələrinə qarşı hərbi əməliyyatlarda ittiham olunan 2 Bəluç mənşəli vətəndaş edam edilib. Edam olunanların “Condollah” təşkilatının üzvləri Səlahəddin Seyyidi və Xəlilullah Zarei olduqları bildirilir. İran Ali Məhkəməsinin yaydığı məlumatda isə daha 6 nəfərin Güney Azərbaycanın Zəncan şəhərində dar ağaclarından asılmaqla edam edildiyi bildirilir. Rəsmi məlumata görə, Zəncanda edam olunanlar - Söhrab.R, Nicat.A, Mehdi.D, Murtuz.C, Mənuçehr.M və Həsən .R - silahlı soyğunçuluq, qarət və ictimaiyyət arasında qorxu yaratmaq maddələri üzrə təqsirli biliniblər. İttihama görə, onların hərbi formada Zəncan şəhərində qızıl mağazalarından birinə basqın ediblər. Eyni zamanda Tehranın “Evin” həbsxanasında da 4 məhkum barəsində çıxarılmış ölüm hökmü icra edilib. Onlar qətl törətməkdə təqsirli bilinərək həbsxanasının həyətindəki dar ağacından asılıblar. Xatırladaq ki, son bir ildə İranda 300-dən artıq məhkum edam edilib. Edam cəzasına görə, İran Çindən sonra ikinci yeri tutur. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar