SON XƏBƏRLƏR

İran prezidentinin korteji azərbaycanlı şikayətçini ayaqlayıb

2021.10.20, 07:36
İran prezidentinin korteji azərbaycanlı şikayətçini ayaqlayıb

Gunaz.tv
Əhmədinejada da ayaqabı atıldı İran prezidentinin korteji azərbaycanlı şikayətçini ayaqlayıb Martın 5-də Güney Azərbaycanın Urmiyə şəhərinə səfər edən İran prezidenti Mahmud Əhmədinəjad əhali tərəfindən etirazla qarşılanıb. Qaynar.info-nun güneydəki mənbələrə istinadən verdiyi xəbərə göörə, şəhərin mərkəzi küçələrindən üstüaçıq maşında keçərək, ayaq üstə əhaliyə əli ilə salam verən Əhmədinejada tərəf əhalinin sıx yerindən ayaqqabı atılıb. Şahidlərin verdiyi məlumata əsasən, ETTELAAT və polis məmurları dərhal o istiqamətə hucum edib. Lakin ayaqqabı atan şəxsi müəyyənləşdirə bilməyıblər. Bir neçə nəfərin şübhəli şəxs qismində həbs edildiyi bildirilir. Məlumatda o da bildirilir ki, Mütəhhəri küçəsində Əhmədinejadın prezident korteji şikayət məktubu vermək üçün yola çıxmış yaşlı bir kişini maşınla vurmuş və heç nə olmamış kimi yoluna davam edib. Yaralanmış kişiyə yardım məqsədiilə hadisə yerinə toplanan və etiraz etməyə başlayan əhali ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Təcili yardım maşını yaralanmış soydaşımızı xəstəxanaya aparıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar