SON XƏBƏRLƏR

Böyük ölkələr -- Kiçik ölkələr . ASİF ATA

2021.10.20, 07:36
Böyük ölkələr -- Kiçik ölkələr . ASİF ATA

Gunaz.tv
asifata.jpg ASİF ATA ( Asif Atanın "Siyasətdən üstün" 39 - cu Müqəddəs Kitabından ) Izhar Böyük ölkələr -- Kiçik ölkələr Böyük ölkələr -- Ağalıq eləmək üçün Böyük olurlar. Böyük ölkələrin Böyüklüyünü Ağalıq müəyyən edir. Siyasi Dünyada Böyüklük məntiqi Ağalıq məntiqidir. Kiçik ölkələr Böyüklərin Rəiyyəti olduqları üçün kiçik sayılırlar. Kiçik ölkələrin kiçikliyini Rəiyyətlik müəyyən edir. Siyasi Dünyada kiçiklik məntiqi -- Riəyyətlik məntiqidir. Siyasi Dünyada Böyüklük Məntiqi -- Yüksək Təbəqə Məntiqidir. Kiçik ölkələr Aşağı Təbəqəyə çevrildikləri üçün kiçik ölkə sayılırlar. Kiçik ölkələrin Kiçikliyini Aşağı Təbəqəlik müəyyən edir. Siyasi Dünyada Kiçiklik Məntiqi -- Aşağı Təbəqə Məntiqidir. Böyük ölkələr Böyük olmaq üçün Dünya ölkələri arasında Yadlıq törətməlidirlər. Yadlıq törətməmək onların "Böyüklüyünə" xələl gətirir. "Böyüklük" Yadlıqsız ötüşmür, Doğma Siyasi "Böyüklük" olmur, siyasi" Böyüklük" özündə Yadlıq gəzdirir, Yamanlıq gəzdirir. Kiçik ölkələr Böyük ölkələr tərəfindən yadlığa məruz qalırlar, məruz qalmaya bilmirlər. Siyasi Dünyada Böyüklüyün Məntiqi Yadlıq Məntiqidir. Siyasi Dünyada Kiçikliyin Məntiqi Yadlığa məruz qalmaq məntiqidir. Böyük ölkə -- Ağalığını gizlədə bilər, Böyüklüyünü Ağalığından süni surətdə ayıra bilər, ancaq Ağasız yaşaya bilməz, Böyük qala bilməz. Kiçik ölkə Rəiyyətliyini gizlədə bilər, ancaq onsuz Böyüklərə gərək ola bilməz, "kiçikliyini" qoruya bilməz. Böyük ölkə Yüksək Təbəqəliyini gizlədə bilər, ancaq ondan əl çəkməz, çünki onsuz " böyüklüyünü" itirər. Kiçik ölkə Aşağı Təbəqəliyini gizlədə bilər, ancaq onsuz Böyük ölkəyə gərək olmaz, öz "kiçikliyini" qoruya bilməz. Böyük ölkə Yadlığını gizlədə bilər, - ancaq Yadlığından əl çəkməz, yadlıq onun ölkələrə təsir biçimidir -- müxtəlif adda, müxtəlif üsulda. Onsuz o, keçinə bilməz. Kiçik ölkə Yadlığa məruz qaldığını gizlədə bilər, ancaq onsuz o Böyük ölkəyə gərək olmaz -- Yadlığa məruz -- onun "kiçikliyini" qoruyur. "Böyük ölkələr" kiçik ölkələrin "kiçikliyini" qoruyurlar, Kiçik ölkələr Böyüklərin "böyüklüyünü". İzharı təqdim etdi: Asif Ata Ocağının Evladı Eluca Atalı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar