SON XƏBƏRLƏR

8 MART – DÜNYA QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ BƏYANATI

2021.10.20, 07:36
8 MART – DÜNYA QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ BƏYANATI

Gunaz.tv
8 MART – DÜNYA QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ BƏYANATI Qadın hüquqlarının təmin olunması 1857 - il mart ayının 8-də Amerikada yaşayan qadınların ölkədə hökm surən qadın hüquq bərabərsizli və ayrıseçkiliyinə qarşı apardıqları mücadilə ilə başlamışdır. Bu kimi mücadilələrin nəticəsi olaraq, 1977-ci ildə dünya qadınlarının hüquq və azadlıqlarının qorunması məqsədilə Birləşmiş Millətlər Təşkilatı 8 Martı dünya qadınlar günü elan etmişdir. Həmin tarixdən etibarən 8 Mart - dünya qadınlar günü kimi qeyd edilir. 21-ci əsrdə demokratik ölkələrdə qadınların fərdi və ictimai-siyasi hüquqları rəsmi tanınır, onların hüquq və azadlıqları qanun çərçivəsində qorunur. Ancaq nə yazıq ki, iran adlanan ölkədə qadınlar hələ də öz haqlı tələblərini əldə edə bilməyiblər. Xüsusilə də qeyri-fars millətlərə mənsub qadınların fərdi, ictimai və mlli haqları bu gün də hakim şovinist molla rejimi tərəfindən kobud surətdə pozulur, onların ictimai hüquqlarının inkişafına imkan verilmir. Azərbaycan milli azadlıq hərəkatında qadınların rolu danılmazdır və tarix boyu Azərbaycan qadını subut edib ki, o, kişilərlə çiyin-çiyinə ən ağır məsuliyyətlərin öhdəsindən gəlməyə qadirdir. Necə ki, Güney Azərbaycanda 22 may milli azadlıq hərəkatı dönəmində Güney Azərbaycan türk qadını bu hərəkatın fəal iştirakçısı oldu və bu gün də rejimin ən ağır basqıları qarşısında cəsarətlə dirəniş göstərməkdədir . Biz, Güney Azərbaycan İstiqlal Partiyası olaraq dünya qadınlarını, xüsusilə Azərbaycanda və Türk dünyasında yaşayan bütün qadınları 8 mart Dünya qadınlar günü münasibəti ilə təbrik edirik. Millətimizin gələcəyinin formalaşmasında Azərbaycan türk qadınının mübarizliyi əsas amildir və bu səbəbdən də millətimizin gələcəyi naminə öz tarixi missiyasını daha aktiv surətdə həyata keçirmək hər bir azərbaycan qadınının vəzifəsidir. Bu mübarizliyin qarşılığı həm bütövlikdə millətimizin azadlığı, eyni zamanda Azərbaycan qadınlarının bütün hüquqlarının təmin olunması anlamındadır . Güney Azərbaycan İstiqlal Partiyası bu fursətdən yararlanaraq, Güney Azərbaycan Qadınlarına bir daha bəyan edir ki, millətimizin iradəsi ilə qurulacaq mustəqil və demokratik Güney Azərbaycan cumhuriyətində onların bütün fərdi , ictimai-siyasi hüquqları tam şəkildə təmin ediləcək. Ona görə də milli köləlikdən qurtarmaq, öz haqlarını bütün sahələrdə müdafiə naminə Güney Azərbaycan türk qadını ayağa qaxmalı və aparılan milli savaşda daha fəal iştirak etməlidir. Güney Azərbaycan İstiqlal Partiyası 7 mart 2009

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar