SON XƏBƏRLƏR

Türkiyə Azərbaycanın maraqlarına uyğun olmayan bir addım belə atmayacaq

2021.10.20, 07:36
Türkiyə Azərbaycanın maraqlarına uyğun olmayan bir addım belə atmayacaq

Gunaz.tv
«Türkiyə Azərbaycanın maraqlarına uyğun olmayan bir addım belə atmayacaq» «Türkiyə Ermənistanla münasibətlərdə Azərbaycanın maraqlarına uyğun olmayan bir addım belə atmayacaq». Müdafiə Nazirliyi mətbuat xidmətindən «Media forum» saytına verilən məlumata görə, Bakıda səfərdə olan Türkiyənin Jandarma Baş Komandanı, ordu generalı Atilla İşık müdafiə naziri Səfər Əbiyevlə görüşündə belə deyib. S.Əbiyev son zamanlar Türkiyə ilə Ermənistan arasında əlaqələrin genişləndirilməsi və sərhədlərin açılması ilə bağlı mətbuatda yayılan xəbərlərdən Azərbaycan ictimaiyyətinin narahatlıq keçirdiyini diqqətə çatdırıb. Görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Azərbaycan və Türkiyənin hərbi sahədəki əlaqələri, regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqda fikir mübadiləsi aparılıb. AzərTAc-ın məlumatına görə, A.İşık bu vəzifəyə təyin olunandan sonra xarici ölkələr sırasında ilk dəfə Azərbaycana səfər etməsindən məmnunluq duyduğunu deyib. Jandarma komandanı Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini vurğulayıb, Türkiyə Jandarm Qüvvələri ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndiyini bildirib. Prezident İ.Əliyev A.İşıkın Türkiyə Jandarm Qüvvələri komandanı kimi ilk səfərini Azərbaycana etməsinin əhəmiyyətli olduğunu vurğulayıb, iki ölkə arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar