SON XƏBƏRLƏR

ZAHİDANDA «CONDOLLAH»ın DAHA 4 ÜZVÜ EDAM EDİLİB

2021.10.20, 07:36
ZAHİDANDA «CONDOLLAH»ın DAHA 4 ÜZVÜ EDAM EDİLİB

Gunaz.tv
ZAHİDANDA «CONDOLLAH»ın DAHA 4 ÜZVÜ EDAM EDİLİB İran adlanan yerdə dövlət quruluşuna qarşı silahlı mübarizə aparmaqda təqsirli bilinən «Condollah» təşkilatının daha dörd üzvü edam edilib. Edam martın 9-da Sistan-Bəlucistan əyalətinin mərkəzində - Zahidan şəhər zindanında icra olunub. Təşkilatın iki üzvü martın 3-də edam edilmişdi. GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən, edam edilənlərin adları açıqlanmasa da, Zahidan İnqilab Məhkəməsi dörd «Condollah» üzvünün dövlət quruluşuna qarşı silahlı mübarizə aparmaqda, hüquq mühafizə qüvvələrinin səkkiz üzvünün qətlində və iki Belçika vətəndaşını girov götürməkdə günahlandırıldıqlarını bildirmişdi. İran bəluclarının milli və dini hüquqları uğrunda silahlı mübarizə apardığını iddia edən «Condollah»ın döyüşçüləri ilə hökumət qüvvələri arasında son illərdə baş verən qanlı qarşıdurmalarda hər iki tərəfdən çoxlu insan həlak olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar