SON XƏBƏRLƏR

Neft bahalaşacaq

2021.10.20, 07:36
Neft bahalaşacaq

Gunaz.tv
Neft bahalaşacaq neft1.jpg Birjalarda qara qızılın qiyməti yenidən bahalaşmağa başlayıb. OPEK qiymət artımının davamlı olması üçün digər hasilatçı ölkələri qurumla əməkdaşlıq etməyə çağırıb. Son üç ayda ilk dəfə olaraq, layt markalı neftin qiyməti brenti üstələyib. İndi Nyu-York birjasında hərraca çıxarılan qara qızılın bir barelinin qiyməti 45 dollar 52 sent təşkil edir. London birjasında satılan neftin hər barelisə 44 dollar 85 sentdir. «Neft bazarı öz mövqeyini möhkəmləndirməyə başlayıb. Qiymət bundan aşağı səviyyədə ola bilməz. OPEK ölkələri növbəti toplantısında qara qızılın hasilatının azaldılması ilə bağlı tədbirlər görməlidir» - kartelin üzvü, İraqın neft naziri Hüseyn Əl-Şəhristani belə bəyənatla çıxış edib. «Qiymətləri sabitləşdirmək üçün OPEK üzvləri digər hasilatçı ölkələrlə birgə işləməlidir» - bu isə İranın neft naziri Qulamhüseyn Nəzərinin fikridir. Nazir hesab edir ki, təşkilat hasilatı azaldarkən, digər neft ölkələri ixracı artırır. Bu isə opekin təsir imkanlarını azaldır. Martın 15-də qurumun Vyanada təşkil olunan növbəti toplantısında əsas müzakirə mövzularından biri də bu olacaq. Tədbirdə Azərbaycanın da iştirak edəcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar