SON XƏBƏRLƏR

İran adlanan yerin əsgərləri iki türkiyəli uşağa atəş açıb

2021.10.20, 07:36
İran adlanan yerin əsgərləri iki türkiyəli uşağa atəş açıb

Gunaz.tv
serhhed_ir_tr.jpg Nəticədə 12 yaşlı uşaq ölüb, onun 13 yaşlı qardaşı isə yaralanıb İran sərhədçiləri Türkiyənin Van şəhərinin İranla sərhəd olan Barışıq kəndində sərhəddə iki uşağa atəş açıb. CNN Türk-ün məlumatına görə, 12 Savaş Durdu və 13 yaşlı Doğan Durdu qardaşları qaçaq yolu ilə sərhəddi keçmək istəyiblər. Bəzi məlumatlara görə, isə onlar sərhəddə yaxın ərazidə oyun oynayırlarmış. Sərhədçılərin açdığı atəş nəticəsində, Savaş Durdu ölüb, onun qardaşı isə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırmaların davam etdiyi xəbər verilir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar