SON XƏBƏRLƏR

Xocalı soyqırımından 17 il keçməsinə baxmayaraq millətin yaddaşına əbədi həkk olunan faciədir !

2021.10.20, 07:36
Xocalı soyqırımından 17 il keçməsinə baxmayaraq millətin yaddaşına əbədi həkk olunan faciədir !

Gunaz.tv
Xocalı soyqırımından 17 il keçməsinə baxmayaraq millətin yaddaşına əbədi həkk olunan faciədir ! image.php?img=31&yaz=2 İntigam Məmmədov Xalq xərəfindən Xocalı soyqırımı ilə qaldırılan məsələ dünənin və bu günün məsələsi deyil… Hadisə olundugu ildən bu vaxta kimi Azərbaycan millətinin qan yaddaşına yazılmışdır. Hələ 1998-ci ildə Almaniyaya gəldiyim günlərdə öncə ferdi, sonralar isə 2002-ci ildən, resmi olaraq Avropa İnsan Hüquqlarının Müdafiə təşkilatının Qavqaz bölgəsi üzrə rəhbəri kimi, Almaniyanın bir çox şəhərlərində təbligatımızın sayəsində ölkə içtimaiyyətini bu soyqırımı tanıtmagımızın nəticələri çox boyuk olmuşdur. Bu gun Avropa Komissiyasınn rəhbəri Jose Manuel Barroso terefinden "Xocali faciesinin" tanınması səyləri ilə əlaqədar bir çox işlərimizin irəliyə getməsini görməkdəyik. Dogrudur ki, indi də bu faciəni Azerbaycan vətəndaşları və ölkədən kənar yaşayan millətimiz unutmur. İşqal altında olan torpaqlarımızın geri qaytaralımasında xarici olkələrdə yaşayan millətin mübarizlərindən və Dovlətdən çox şey aslılı oldugunu hamımız bilirik. Və onlarin bu mübarizədə böyük rolu olacagınada inanırıq. Bu faciə ilə əlaqədar səylə çalışmalıyıq ki beynəlxalq içtimaiyyətin Xocalı soyqırımı haqqındakı fikirlərinə fasilə verlməməsinə səylərimizi artıraq. çalışmalıyıq ki, yaşadıgımız xarici olkələrin insan hüquqlarının müdafiə təşkilatları ilə birgə haqq yolunda fəaliyyətimizi davam etdirək və təbligatımızı daha da gücləndirək. Guman edirəm ki, aktiv olan soydaşlarımız, xüsusilə bu faciəni işıqlandırmaqda imkanı olan dostlarımız fasiləsiz olaraq beynəlxalq təşkilatların qapilarını döyməyə və əllərindən gələni edəcəklərinə inanmaq istərdim.Əziz Soydaşlarım sizlərdən xahiş edirəm Xocali soyqırımı ilə əlaqədar nə qedər imkanınız varsa xarici olkələrin önəmli teşkilatlarında və cəmiyyətdə təbligat kampaniyalarınızı genişləndirməyi unutmayin. Unutmayın ki faciəli şəkildə qətlə yetirilənlər sizin ana bacı və soy kökümüzdən olan millətimizin nümayəndələridir. çalışın ki şəhidlərimizin rugunu şad etmək üçün əlimizdən gələn təbligatımızı əsirgəməyək . Bu həqiqətən bizim ən agrılı və heç zaman unudulmayacaq faciələrimizdən biridir. Allah şəhdlerimizə rəhmət eləsin

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar