SON XƏBƏRLƏR

Bu gün Yel Çərşənbəsidir

2021.10.20, 07:36
Bu gün Yel Çərşənbəsidir

Gunaz.tv
Bu gün Yel Çərşənbəsidir 2009-03-10_12277.jpg Bu gün çərşənbələrdən üçüncüsü - Yel çərşənbəsidir. Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınır Yel çərşənbəsi. İnama görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. A Yel baba, Yel baba, Tez gəl, baba, gəl, baba. Sovur bizim xırmanı, Atına ver samanı. Dən dağılıb dağ olsun, Yel babamız sağ olsun. A Yel baba, Yel baba, Qurban sənə, gəl baba. İnanclar: - Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. - Yeli əsdirəni söyməzlər. - Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər. İlaxır çərşənbə isə Torpaq çərşənbəsi adlanır. Bu il Torpaq çərşənbəsi martın 17-ə təsadüf edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar