SON XƏBƏRLƏR

Mixail Saakaşvili: «Ermənistan iqtisadiyyatı iflasa uğrayıb»

2021.10.20, 07:36
Mixail Saakaşvili: «Ermənistan iqtisadiyyatı iflasa uğrayıb»

Gunaz.tv
Mixail Saakaşvili: «Ermənistan iqtisadiyyatı iflasa uğrayıb» 2009-03-10_12256.jpg «Ermənistan iqtisadiyyatı iflasa uğrayıb. Bu, ona görə baş verib ki, Ermənistan bütövlükdə Rusiya bazarından asılıdır. Rusiya bazarı isə darmadağın olub və eyni aqibəti Ermənistan iqtisadiyyatı da yaşadı». PRESSPOST, Gürcüstanın «Civil Georgia» saytına istinadən xəbər verir ki, bunları Gürcüstan prezidenti Mixail Saakaşvili yeni otel və əyləncə mərkəzinin asılışında deyib. Mixail Saakaşvilinin fikrincə, Gürcüstanla qonşu ölkələr (Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə) iqtisadi çətinliklərlə üzləşib: «Lakin Gürcüstan çətinliklərə tab gətirir. Əgər bizdə siyasi sabitlik olsa, bütün çətin vəziyyətlərdən xilas ola bilərik». Gürcüstan prezidenti onu da deyib ki, Kreml üç il əvvəl Gürcüstanı Rusiya bazarından çıxarıb və ona görə də Tiflis islahatlar keçirib./

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar