SON XƏBƏRLƏR

Hillari Klinton Türkiyəyə gəlib

2021.10.20, 07:36
Hillari Klinton Türkiyəyə gəlib

Gunaz.tv
Hillari Klinton Türkiyəyə gəlib hillari_klinton-19472.jpg ABŞ dövlət katibinin bu gün keçirdiyi görüşlərdə əsas mövzu ABŞ qoşunlarının İraqdan çıxarılma qrafiki olacaq ABŞ dövlət katibi Hillari Klinton Avropdakı təmaslarından sonra bu gün Türkiyəyə səfər edib. Türkiyə mətbuatının məlumatına görə, H. Klinton bu gün ilk olaraq Baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşəcək. Daha sonra isə Anıtkabiri ziyarət edəcək. Xarici işlər naziri Ali Babacanla görüşdən sonra isə prezident Abdullah Güllə görüşəcək. Müzakirə ediləcək məsələlər arasında ABŞ qoşunlarının İraqdan çıxarılma qrafiki, bu zaman hansı ölkənin ərazisindən tranzit kimi istifadə ediləcəyi də yer alır. Xatırladaq ki, ABŞ İraqa qoşun yeridən zaman Türkiyə bu əməliyyatın öz ərazisi vasitəsilə aparılmasına icazə verməmişdi. Qeyd edək ki, Hillari Klinton bundan əvvəl Türkiyəyə 1999-cu ildə həyat yoldaşı, prezident Bill Klintonla bərabər gəlmişdi./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar