SON XƏBƏRLƏR

Türkiyədə PKK terror təşkilatına növbəti zərbə vurulub

2021.10.20, 07:36
Türkiyədə PKK terror təşkilatına növbəti zərbə vurulub

Gunaz.tv
Türkiyədə PKK terror təşkilatına növbəti zərbə vurulub pkk-dusherge.jpg Təşkilata qarşı keçirilən əməliyyatlar nəticəsində PKK-nın xəzinədarı və maliyyə ilə bağlı bir çox sənəd ələ keçirilib Türkiyədə PKK terror təşkilatına növbəti ağır zərbə vurulub. ANSPRESS, “Cihan” agentliyinə istinadən xəbər verir ki, aralarında təşkilatın xəzinədarı da olan 6 terrorçu keçirilən əməliyyat nəticəsində ələ keçirilib. Şırnak valisinin verdiyi məlumata görə, əməliyyatlar İstanbul, Siirt, Diyarbəkir və Cizrədə eyni vaxtda keçirilib: “Saxlanılan şəxslərlə yanaşı daha 3 nəfərin axtarışı davam edir. Əməıliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərin evlərində və iş yerlərində pulların yığılması və transferi ilə bağlı məlumatların yazıldığı dəftər, bank qeydləri, təşkilata aid sənədlər,1 ədəd kompüter,1 ədəd noutbuk,1 ədəd fləşyaddaş ələ keçirilərək müsadirə edilib". Saxlanılanlar barəsində məhkəmə iddası qaldırılıb. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar