SON XƏBƏRLƏR

MƏHƏMMƏD XATƏMİ: «İRANDA MƏNƏVİYYAT MƏHVƏ DOĞRU GEDİR»

2021.10.20, 07:36
MƏHƏMMƏD XATƏMİ: «İRANDA MƏNƏVİYYAT MƏHVƏ DOĞRU GEDİR»

Gunaz.tv
MƏHƏMMƏD XATƏMİ: «İRANDA MƏNƏVİYYAT MƏHVƏ DOĞRU GEDİR» xatemi_iceri.jpg Məhəmməd Xatəmi Seçki kampaniyası hazırlığı çərçivəsində martın 5-i Şiraza səfər edən keçmiş prezident Məhəmməd Xatəmi Mahmud Əhmədinejad hökumətinin siyasi və iqtisadi siyasətini tənqid edərək ölkədə yoxsulluq və ədalətsizliyin baş alıb getdiyini, mənəviyyatın isə gündən-günə süquta uğradığını vurğulayıb. Xatəmi deyib: «Şüar verməkdənsə əhali arasındakı ayrı-seçkiliyə son qoymaq lazımdır. Əhalinin yaşayış səviyyəsini qaldırmaq və yaxşılaşdırmaq üçün tədbir görülməlidir. Əgər ölkənin idarə olunması üsulunun inqilabın amalları istiqamətində olduğunu iddia ediriksə, onda nəzərə almaq lazımdır - inqilabın əsas ideya və amalları azadlıq, inkişaf, ədalətin bərqərar olunması, istiqlal, yoxsulluğun aradan qaldırılması və hər hansı bir ədalətsizliyi aradan qaldırmaqdır ». M.Xatəmi mənəviyyatın təhlükədə olduğunu da vurğulayıb: «Bu gün ölkədə müşahidə olunan siyasi, iqtisadi və təhlükəsizliklə bağlı çatışmazlıqlarla yanaşı mənəviyyatın durumuna da toxunmaq lazımdır. İran İslam Respublikasında mənəviyyat məhvə doğru gedir». 1997-2005-ci illərdə İran prezidenti olmuş M.Xatəmi indiki hökumətə müxalif mövqedə dayanır. O, iyun ayında keçiriləcək prezident seçkisində Əhmədinejadın əsas rəqiblərindən biri kimi qəbul olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar