SON XƏBƏRLƏR

Rəşt İnqilab Məhkəməsində Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan 2 güneyli fəala hökm oxunub

2021.10.20, 07:36
Rəşt İnqilab Məhkəməsində Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan 2 güneyli fəala hökm oxunub

Gunaz.tv
Rəşt İnqilab Məhkəməsində Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan 2 güneyli fəala hökm oxunub. Məhkəmənin qərarı ilə nəşrinə qadağa qoyulmuş «Səhər» tələbə jurnalının baş redaktoru Vədud Əsədi 1 il, Hüseyn Rəhimi isə 6 ay həbs cəzasına məhkum edilib. GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən, Rəşt Universitetinin tələbələri olan hər iki fəal dövlət quruluşuna qarşı təbliğat aparmaqda və pantürkizmdə günahlandırılaraq həbsə məhkum edilib. V.Əsədi 2008-ci il iyulun 22-də Rəştdə tutularaq 34 gün həbsdə saxlandıqdan sonra mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılmışdı. V.Əsədinin ailəsi güney mənbələrinə fəalın yerli ETTELAAT idarəsinin həbsxanasında saxlandığı müddətdə psixi və fiziki işgəncələrə məruz qaldığını deyiblər. V.Əsədi fevralın 28-də Rəşt İnqilab Məhkəməsinə çağırılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar