SON XƏBƏRLƏR

Həmsədrlər növbəti bəyanatla çıxış ediblər

2021.10.20, 07:36
Həmsədrlər növbəti bəyanatla çıxış ediblər

Gunaz.tv
Həmsədrlər növbəti bəyanatla çıxış ediblər atet50.jpg ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanatla çıxış ediblər. Həmsədrlər bəyanatda prezidentlərin Sürix görüşündən sonra onların açıq diskusiya aparmaq niyyətlərini alqışlayıblar. “Ümidvarıq ki, danışıqların davam etməsi tərəflər arasında fikir ayrılıqlarını azaldacaq. Yalnız o zaman yaxın müddət ərzində münaqişənin dinc yolla nizamlanması mümkün ola bilər”. Bəyanatda ATƏT missiyasının qoşunların təmas xəttində keçirdiyi növbəti monitorinq zamanı atəşkəsin pozulması faktını pisləyiblər. “Biz həmçinin 2008-ci ildə atəşkəs rejiminin pozulması nəticəsində 30 nəfərin ölməsi, 50 nəfərin yaralanmasından da təəssüfləndiyimizi bildiririk. Biz tərəfləri atəşkəs rejimini qorumağa çağırırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar