SON XƏBƏRLƏR

İran adlanan yerlə ABŞ yaxınlaşa bilərmi?

2021.10.20, 07:36
İran adlanan yerlə ABŞ yaxınlaşa bilərmi?

Gunaz.tv
İranla ABŞ yaxınlaşa bilərmi? 20080910122646iran-map.jpg ABŞ bu ayın sonu gözlənilən və Əfqanıstana həsr olunmuş beynəlxalq konfransa İranı da dəvət etmək niyyətində olduğunu bildirib ABŞ bu ayın sonu gözlənilən və Əfqanıstana həsr olunmuş beynəlxalq konfransa İranı da dəvət etmək niyyətində olduğunu bildirib. Bu, Obama administrasiyasının Tehrana doğru ilk jestidir. Bunun arxasında hansı amillər durur? ABŞ ilə İran arasında gərginlik 1979-cu il islam inqilabından bu yana davam edir. Bu inqilab nəticəsində Amerikanın dəstəklədiyi Şah hakimiyyətdən devrilmişdi. Amerika Tehranın nüvə proqramına şübhə ilə yanaşır. O ehtiyat edir ki, Tehran bu proqramdan nüvə bombası əldə etmək üçün istifadə edə bilər. Vaşinqton eləcə də, Tehranın Hezbulla və Həməs kimi radikal islamçı qrupları dəstəkləməsindən narahatdır. Amma ABŞ ilə İranın Əfqanıstanla bağlı vahid maraqları da var. Əgər onlar ilk növbədə razılaşa biləcək məsələlər üzərində çalışsalar, onda yaradılmış etimad sayəsində nüvə mübahisəsi kimi daha həssas problemlərin həllinə keçə bilərlər. Bəs hər iki tərəfi Əfqanıstanla bağlı nə birləşdirir? Həm ABŞ, həm də İran sərt xətt tərəfdarı olan təlebançıları xoşlamırlar. Nə İran, nə də ABŞ Təlebanın hakimiyyətə qayıtmasını istəyirlər. Hər iki ölkə Əfqanıstanda narkotik malların hasilatına son qoyulmasının tərəfdarıdır. Vaşintqon bunda maraqlıdır ona görə ki, bu, Təlebanı maliyyə cəhətdən dəstəkləyir. Tehran isə buna ona görə nail olmaq istəyir ki, sərhəd boyunca daşınan narkotik mallar 2 milyon iranlının narkotik aludəçilik vərdişlərini yemləmiş olur. 1979-cu ildən bu yana narkotik qaçaqmalçıları ilə mübarizə nəticəsində 3500 iranlı keşikçi həlak olub. Hər iki tərəf sabit Əfqanıstanda maraqlıdır. Bəs başağrısı yaradan problemlər hansılardır? Amerikanın hərbi komandirləri deyirlər ki, Əfqanıstanda İranda istehsal olunan silahlar aşkar edilib. Amma NATO qüvvələrinə qarşı mübarizə aparan yaraqlılara bu silahları İran hökumətinin verdiyinə dair heç bir sübut yoxdur. Şərhçilərin fikrincə, Tehran təlebançıların hakimiyyətə qayıtmasında maraqlı deyil, amma ola bilər ki, Amerika qüvvələrini məşğul saxlamaq və İrana hücumunu qeyri-mümkün etmək üçün yaraqlıları hansısa növ yardımla təmin etsin. Əgər doğrudan da Əfqanıstana göndərilən bəzi silahlar Tehrandan gəlirsə, onda ABŞ ilə İran arasında daha böyük etimad abu-havasının yaranması Təlebanın silahla təmin edilməsini müəyyən mənada azalda bilər. Amma İran hökuməti Amerika qüvvələrinin Əfqanıstandakı bazalardan İrana hücum etməyəcəyinə dair konkret zəmanətlər istəyə bilər. İranın hakim şiə ruhani liderləri Əfqanıstanda hakimiyyətə sünni təlebançıların gəlməsini istəməyə bilərlər, amma ola bilsin ki, onlar eləcə də, şərqdəki qonşu ölkəsində sabit demokratiyanın yaranmasına da elə həvəs göstərmirlər.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar