SON XƏBƏRLƏR

Vaşinqtonla Bakı arasında strateji razılaşma

2021.10.20, 07:36
Vaşinqtonla Bakı arasında strateji razılaşma

Gunaz.tv
Vaşinqtonla Bakı arasında strateji razılaşma ABŞ Əfqanıstana yükləri Azərbaycandan daşıyacaq ABŞ Mərkəzi Asiya regionunda yeni hərbi baza yaratmaq niyyətində deyil. Əfqanıstana yüklər iki tranzit marşrutla göndəriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Tacikistandakı səfiri Treysi Enn Ceykobson məlumat verib. Onun sözlərinə görə, ABŞ Əfqanıstana yüklərin Latviya-Rusiya-Qazaxıstan-Özbəkistan marşrutu ilə çatdırmaq niyyətindədir. İkinci marşrut kimi Poti limanı - Bakı - Aktau - Özbəkistan olaraq seçilib. ABŞ Əfqanıstandakı koalisiya qüvvələri üçün lazım olan ərzaq və digər lazımı vasitələri Mərkəzi Asiya ölkələrindən almağı da planlaşdırır. Səfir bildirib ki, tikinti materiallarının Mərkəzi Asiya ölkələrindən satın alınaraq Əfqanıstana göndərilməsi daha sərfəlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar