SON XƏBƏRLƏR

MAQATE ilə İranınkı gətirmir . Qarşılıqlı etimadsızlıq davam edir

2021.10.20, 07:36
MAQATE ilə İranınkı gətirmir . Qarşılıqlı etimadsızlıq davam edir

Gunaz.tv
MAQATE ilə İranınkı gətirmir Qarşılıqlı etimadsızlıq davam edir İranın Atom Eneryisi Üzrə Beynəlxalq Agentlikdəki (MAQATE) nümayəndəsi Əli Əsgər Soltani nüvə proqramının inkişaf etdirilməsi ilə əlaqədar rəsmi Tehrana qarşı sürülən iddiaları rədd edib. Onun sözlərinə görə, uranın zənginləşdirilməsi İranın ayrılmaz hüququdur və bunu MAQATE-yə üzv olan bütün ölkələr qəbul etməlidir. Avstriyanın paytaxtı Vyanada çıxış edən İran nümayəndəsi Sultani nüvə proqramı ilə əlaqədar məsələləri özündə cəmləşdirən fəaliyyət planının bütün şərtlərinin İran dövləti tərəfindən tam olaraq yerinə yetirildiyini bildirib: "Yeganə həll yolu ondan ibarət ola bilər ki, üzv ölkələrin ona etibar etdiyi hakimiyyətdən maksimum istifadə edən baş katib fəaliyyət planının sonuncu bəndini yerinə yetirsin. İranla agentlik arasında razılaşdırılmış fəaliyyət planını nəzərdə tuturam. Fəaliyyət planında aydın şəkildə deyilir ki, İranla bağlı zəmanətlərin yerinə yetirilməsi adi qaydaya keçmişdir, çünki biz planda göstərilmiş bütün öhdəlikləri yerinə yetirmişik". İran nümayəndəsi rəsmi Tehranın yalnız bərabər təməllər üzərində danışıqlar aparmağa hazır olacağını bildirib: "Əgər onlar özlərini sivil qaydada aparsalar və danışıqlar masası arxasına əyləşsələr, onda irəliləyiş ola bilər". Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası İrana uranın zənginləşdirməsini dondurmaq haqqında sanksiya qəbul edib. Amerika Birləşmiş Ştatları, İsrail və bir sıra başqa Qərb ölkələri İranı nüvə silahı hazırlamağa çalışmaqda ittiham edirlər. Rəsmi Tehran isə bütün bu iddiaları rədd edərək birmənalı olaraq hər dəfə bəyan edir ki, aparılan nüvə tədqiqatları yalnız sülh məqsədi daşıyır və heç bir silahın hazırlanmasını nəzərdə tutmur. Qeyd edək ki, Beynəlxalq Atom Agentliyinin iclası zamanı Amerika Birləşmiş Ştatları və digər dünya ölkələri İranı nüvə fəaliyyətini dayandırmağa çağırıb. Diplomatlar, həmçinin İrana çıxılmaz vəziyyətdən yol tapmaq üçün rəsmi Tehrana agentlik tərəfindən tədqiqatlar aparmaq üçün əməkdaşlıq etməyi tövsiyə ediblər. Azər NURİYEV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar