KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Türkiyə hökumətinin Ermənistana yönəlik sərt siyasətdən imtina etməsi və ortada xain bir projenin olması barədə AKP-nin ünvanına daha bir kəskin ittiham səslənib. Milliyyətçi Hərəkat Partiyasının (MHP) genəl başqanı Dövlət Baxçalının müavini, millət vəkili, keçmiş nazir Oqtay Vural ANS-ə açıqlamasında Türkiyə iqtidarının İrəvanla təmasları intensivləşdirməsi və Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanla diplomatik əlaqələr qurması, sərhədləri açması cəhdlərini kəskin şəkildə pisləyib. O. Vural MHP genəl başqanı, Türkiyə baş nazirinin keçmiş birinci müavini Dövlət Baxçalının bir müddət əvvəl “Yeni Müsavat”a müsahibəsində supergüclərin də iştirakı ilə ortada xain bir projenin olduğu barədə dediklərini təsdiqləyib. Millət vəkili belə bir projenin mövcudluğundan danışıb və onun həyata keçirilməsi istiqamətində cəhdlər olduğunu deyib. O.Vural həmçinin bildirib ki, bütün bunlar Azərbaycanın maraqlarına ziddir və Türkiyənin yox, AKP iqtidarının mövqeyidir. Qeyd edək ki, bir müddət əvvəl “Yeni Müsavat”ın əməkdaşları Türkiyədə olublar və bu ölkədə fəaliyyət göstərən əksər siyasi qüvvələrin təmsilçiləri, iş adamları, jurnalistlər, qəzetçilər birliyinin başqanı və digər şəxslərlə görüşlər keçiriblər, müsahibələr götürüblər. AKP iqtidarının Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanla əlaqələr qurmaq istəməsinə sərt etirazlar da məhz “Yeni Müsavat”ın Türkiyədən hazırladığı reportajlardan sonra gündəmə gəlib. Hansı ki, həmin reportajlarda Dövlət Baxçalıdan tutmuş CHP lideri Dəniz Baykalın müavinlərinə, Bülənt Ecevitin partiyasının yetkililərinədək, hər kəs AKP-nin bu siyasətini sərt tənqid etmişdi. Hətta CHP-dən olan millət vəkili Canan Arıtman Türkiyənin xarici işlər naziri Əli Babacanın bu məsələ ilə bağlı parlamentdə hesabat verməsini tələb etmişdi. Onun qaldırdığı bu məsələ digər müxalifət partiyaları tərəfindən də dəstəklənib. C.Arıtman əməkdaşımızla dünənki söhbətində hazırda bu məsələ ilə bağlı prosesin getdiyini və Əli Babacanın parlamentə hesabat verməsinə nail olmaq üçün bütün vasitələrdən istifadə edəcəklərini deyib. CHP-dən olan millət vəkili bu məsələ ilə bağlı baş verəcək yeniliklərə dair qəzetimizi məlumatlandıracağını bildirib. Qeyd edək ki, nəhayət, dünən Türkiyə rəsmilərinin bu məsələ ilə bağlı susqunluğu aradan qalxıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan “24" adlı telekanala müsahibə verərkən ona Türkiyə-Ermənistan danışıqları ilə bağlı da sual ünvanlanıb. Ərdoğanın cavabı belə olub: ”Biz Ermənistanla münasibətlərdə Azərbaycanla paralel siyasət yeridəcəyik". O, Azərbaycanın maraqlarına zidd hərəkət etməyəcəklərini bildirib: “Bu günə qədər belə olub, bundan sonra da belə olacaq. Bu kursdan hər hansı sapma ola bilməz”. Ərdoğanın dediklərinə baxmayaraq, Türkiyə-Ermənistan münasibətlərində daha da yaxınlaşma hiss olunur və indiki halda bu əlaqələr Azərbaycanın maraqlarına zərbədən başqa bir şey deyil. ANS-in dünən axşam verdiyi məlumata görə, Türkiyənin “AtlasJet” aviaşirkəti İstanbul-İrəvan təyyarə reyslərinin sayını artıq həftədə 3 dəfəyə çatdırıb. Hər həftənin 2-ci, 4-cü və 5-ci günləri İstanbul-İrəvan-İstanbul təyyarə reysi həyata keçirilir. “AtlasJet”in nümayəndəsi Əminə Öztürk telekanala bildirib ki, Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi Ankaranın siyasi və iqtisadi münasibətlər qurmadığı Ermənistana uçuşların həyata keçirilməsinə icazə verib. Telekanal onu da öyrənib ki, İstanbul-İrəvan-İstanbul reysi ilə biletlərin qiyməti 500 dollardır. Birtərəfli gediş bileti isə 300 dollara başa gəlir. ANS həmçinin “AtlasJet”ə məxsus təyyarənin İrəvanın Zvartnos hava limanındakı görüntülərini də yayımlayıb. İlk baxışdan “həvəskar” çəkilişinə oxşayan bu görüntülərin xüsusi xidmət orqanları tərəfindən lentə alındığı istisna deyil. “AtlasJet”in nümayəndəsi həmçinin bildirib ki, onların təyyarələri “Tauer” turizm şirkəti tərəfindən kirayələnib. Adıçəkilən şirkətin təmsilçisi Hüsnü Alioğlu isə bu fəaliyyətin Türkiyə dövlətinin icazəsi ilə həyata keçirildiyini və siyasi proseslərə qarışmadıqlarını bildirib: “Biz təyyarəçiyik. Beynəlxalq qaydalara uyğun çalışırıq və ölkələrarası işləyirik. Dövlətlərarası problemlər bizi heç vaxt maraqlandırmır, həm də iqtisadi iş görürük. Türkiyə hökumətinin icazə verdiyi qədər bu uçuşları həyata keçirəcəyik. Xeyli müştərimiz var. Yazda Antalyaya reys açacağıq. İrəvandan ora çoxlu turist gəlir”. Onu da qeyd edək ki, Ankara ilə İrəvan arasında münasibətlər yalnız siyasi danışıqlar və təyyarə reyslərinin həyata keçirilməsi ilə yekunlaşmır. Ermənistanın baş naziri bu yaxınlarda bildirmişdi ki, 2008-ci ildə Türkiyə ilə Ermənistan arasındakı ticarət dövriyyəsinin həcmi 185 milyon dollardan çox olub. “Bakı-Xəbər” qəzeti isə bu yaxınlarda yazmışdı ki, 2008-ci ildə Türkiyədən Gürcüstan ərazisi ilə Ermənistana 11 min iri yük maşını keçib. Bütün bunlar göstərir ki, Ankara ilə İrəvan arasında əlaqələr getdikcə dərinləşir və Türkiyə rəsmlərinin dediyi tək, bu əlaqələr zamanı Azərbaycanın maraqları söylənildiyi kimi, ön şərt kimi nəzərdə tutulmur. Mövzuya qayıdacağıq. Z.MÜQABİLOĞLU musavat
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi