SON XƏBƏRLƏR

Ərzuruma erməni iddiası

2021.10.20, 07:36
Ərzuruma erməni iddiası

Gunaz.tv
Ərzuruma erməni iddiası "Seçkilərdə qalib gəlsəm, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqmətində əlimdən gələni etməyə çalışacağam. Eyni zamanda, yerli iqtisadiyyata Azərbaycandan investisiyaların cəlb edilməsinə, habelə azərbaycanlı iş adamları ilə birgə layihələrin həyata keçirilməsinə çalışacağam. Bizim əyalətin investisiyalara ciddi ehtiyacı var. Azərbaycanda isə, mən bildiyimə görə, investisiyalara hazır şirkətlər və iş adamları az deyil. Ərzurumda keçiriləcək bələdiyyə seçkilərində Türkiyə Sosial-Demokrat Partiyasından namizəd olan Karabet Yaylanın dediyinə görə, Azərbaycana sayğısı çox böyükdür. O, əməkdaşımızla telefon söhbətində bildirdi ki, Ərzurumun Azərbaycanla əlaqələrinin daha da sıxlaşmasına, iqtisadiyyatdan tutmuş, mədəniyyət və idmana qədər bütün sahələrdə qarşılıqlı təmasların gücləndirilməsi istiqamətində daha enerjili, fəal addımlar atılmalıdır. "Ərzurumda Qış Universiadası keçiriləcək və bununla bağlı olaraq hazırlıq işlərinə artıq başlamışıq. Zəruri infrastruktur, nəqliyyat və kommunikasiya, otelçilik və s. işlərdə azərbaycanlı iş adamları ilə ortaq layihələr həyata keçirə bilərik. Bundan başqa, Ərzurumda yerli iqtisadiyyatın heyvandarlıq, əkinçilik və xalq sənətləri sahələri də inkişaf edib. Həmin sektorlarda da yaxşı layihələri reallaşdırmaq olar", - K.Yayla bildirdi. Müsahibimizin Türkiyə və Azərbaycan arasında əlaqələrin daha da möhkəmləndirilməsinə can atması qəribə təsir bağışlamazdı: bir şərtlə ki, cənab Yaylanın milli mənsubiyyəti olmasaydı. Karabet Yayla ermənidir və Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə namizəd qismində qatılaraq Ərzurumda qalib gəlmək istəyir. O, əməkdaşımızla söhbətində daha sonra bildirdi ki, Türkiyə ilə Ermənistan arasındakı sərhədin mümkün qədər tez açılmasına, normal əlaqələrin qurulmasına və Dağlıq Qarabağ probleminin dinc yolla həll edilərək Ermənistanla Azərbaycan arasında münasibətlərin yaranmasına tərəfdardır. Qondarma "erməni soyqırımı" və Dağlıq Qarabağdan, xüsusilə də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini təcili azad etməsinin gərəkdiyi barədə sualları cavablandıranda isə K.Yayla maksimum dərəcədə diplomatik cavablar verməyə çalışdı. "Əvvəla, soyqırım məsələsini iki dövlət arasında keçiriləcək müzakirələr və danışıqlar nəticəsində, ən mühümü isə qarşılıqlı sayğı şəraitində həll edilə biləcəyini düşünürəm. Baaşqa yol yoxdur. Dağlıq Qarabağa gəldikdə isə, həmin münaqişə mütləq dinc yolla həll olunmalı, Azərbaycanın maraqları ilə yanaşı, qarabağlı ermənilərin də mənafeyi nəzərə alınmalıdır. Onu da deyim ki, seçkilərdə qalib gələrsəm, bunu bütün dünya danışacaq. Çünki Ərzurumda bir erməninin bələdiyyə başqanı olması sıradan hadisə deyil", - K.Yayla bildirdi. Bələdiyyə seçkilərinə Türkiyə Cümhuriyyət Partiyasının (CHP) siyahısında təmsil olunmaqla qatılmış Mustafa Farsaqoğlu ilə əməkdaşımıza söylədi ki, onun tərəfdaşları arasında yəhudilər və ermənilər var. "Türkiyədəki ermənilər bu ölkənin vətəndaşlarıdır və onların da hamı kimi siyasi həyata ən fəal şəkildə iştirak edərək seçmək, seçilmək hüququ var. Ərzurumdakı ermənilər də Türkiyənin mənafeyini nəzərə alaraq ölkənin maraqlarından çıxış edən adamlardır", - M.Farsaqoğlu dedi. Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə namizəd qismində qatılacaq ermənilərə gəldikdə isə, onların sayı artıq 11 nəfərdir. Humay

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar